Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi BTİ-nin sertifikatına və gümüş medala layiq görüldü

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi BTİ-nin sertifikatına və gümüş medala layiq görüldü
12 Sent 2019 17:19

Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən ənənəvi olaraq hər il təşkil edilən "ITU Telecom World" beynəlxalq sərgi-konfransı bu gün başa çatıb.

 

Tədbirin sonunda Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasındakı əlaqələrin 10 illiyi münasibəti ilə nazirliyə sertifikat təqdim olunub. Sertifikatda BTİ ikitərəfli əlaqələri yüksək qiymətləndirdiyini vurğulayıb.

 

100-dən artıq ölkədən 5000-dən çox nümayəndənin iştirak etdiyi beynəlxalq tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə BTİ tərəfindən gümüş medalla mükafatlandırılıb.

 

"ITU Telecom World 2019" beynəlxalq sərgi-konfransı artıq 3-cü gündür ki davam edir. Tədbirdə ölkəmiz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları, özəl İKT şirkətləri və startaplarla təmsil olunub.

 

Sərginin təşkili və Milli Pavilyonun qurulmasındakı xidmətlərinə görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Radiotezliklər İdarəsi də sertifikata layiq görülüb.

 

Gələn il "ITU Telecom World 2020" beynəlxalq sərgi-konfransı Vyetnamın Hanoy şəhərində keçiriləcək.

Realpress.az

 

 






18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.