Həbib Nurməhəmmədovun növbəti rəqibi bəlli oldu

Həbib Nurməhəmmədovun növbəti rəqibi bəlli oldu
13 Sent 2019 09:22


UFC üzrə yüngül çəki dərəcəsində dünya çempionu olan Həbib Nurməhəmmədovun agenti onun növbəti rəqibinin kimliyini açıqlayıb.

Ali Abdel-Aziz qeyd edib ki, “Qartal” ləqəbli döyüşçü növbəti yarışını Georges Seynt-Pyerə qarşı keçirəcək.

“Bildiyim qədər, növbəti rəqib Seynt-Pyer olacaq. Bizim üçün əsas odur ki, Həbib istədiyini əldə etsin. Üstəlik, mən Georges ilə 10 ildir ki, dostam və bilirəm ki, Həbiblə qarşılaşmaq istəyir”.

Qeyd edək ki, ötən həftəsonu Həbib amerikalı Dastin Puaryeni məğlub edərək UFC yüngül çəkidə çempion titulunu saxlamışdı.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.