KRVİ (KƏSKİN RESPİRATOR VİRUS İNFEKSİYASI)

KRVİ (KƏSKİN RESPİRATOR VİRUS İNFEKSİYASI)
13 Sent 2019 15:58

KRVİ (KƏSKİN RESPİRATOR VİRUS İNFEKSİYASI)

Törədiciləri pnevmotrop viruslar olan Kəskin Respirator Virus İnfeksiyaları (KRVİ) tənəffüs sisteminin kliniki və morfoloji cəhətdən oxşar, kəskin iltihabi xəstəliklər qrupudur. KRVİ rinovirus, adenoviral infeksiyalar və yuxarı tənəffüs yollarının digər kataral-iltihabi xəstəliklərini özündə birləşdirən, dünyada ən geniş yayılmış xəstəliklər qrupudur.

KRVİ-yə yoluxma yolları. KRVİ-nin demək olar ki, bütün qrupu əsasən hava-damcı və ağız yolu (öpüşmək) ilə ötürülür. Bəzən isə infeksiyanın ötürülməsi ev əşyaları, oyuncaqlar, paltar və ya qablar vasitəsilə də, mümkündür.

KRVİ-nin əsas simptomları. Xəstəliyin başlanğıc dövründə virus "infeksiyanın giriş qapısında" çoxalır və özünü burun axması, larinqit, qıcıqlanma, quru öskürək şəklində göstərir. Temperatur isə adətən müşahidə olunmur. Sonra virus qan dövranına daxil olur və ümumi intoksikasiya əlamətləri meydana gəlir. Titrəmə, baş ağrısı, bədəndə ağrılar müşahidə olunur. İmmunitet reaksiyasının aktivləşməsi bədənin virusa qarşı anticism istehsal etməsinə səbəb olur, bunun nəticəsində qan tədricən təmizlənir və intoksikasiya əlamətləri azalmağa başlayır. Ağırlaşmamış KRVİ-nin son mərhələsində tənəffüs yolları epitelisi viral təbəqələrdən təmizlənir, bu da özünü burun axması, selik və ya irinli bəlğəm ifrazı ilə müşahidə olunan produktiv (nəm) öskürək kimi göstərir.

KRVİ-nin müalicə və profilaktikası. KRVİ zamanı, vaxtında differensial diaqnoz qoymaq çətindir və törədicilərin əksəriyyətinə qarşı xüsusi dərman hazırlanmamışdır. Populyar olan C vitamininin müntəzəm istifadə edilməsi bütövlükdə əhali arasında yoluxma ehtimalını azaltmır, lakin bəzi hallarda xəstəliyin ağırlığını və müddətini azalda bilər, xüsusən də fiziki gərginlikdən əziyyət çəkən xəstələrdə. KRVİ zamanı simptomatik müalicəsi aparılır. Bir çox insan ümumi soyuqdəymə üçün müstəqil olaraq reseptsiz satılan preparatlardan istifadə edir. Bu preparatlara antihistaminlər, ağrıkəsicilər, iltihabəleyhinə vasitələri misal göstərmək olar. Antihistaminlərin və iltihabəleyhinə vasitələrin birgə istifadəsi effektli olsa da, bir çox insanlarda, ağızda quruluq, yuxusuzluq və başgicəllənmə kimi yan təsirləri yaradır.

KRVİ-nin profilaktikası üçün infeksiya yayılan dövrdə, kütləvi tədbirlərdən, qapalı məkanlardan uzaq olmaq, xəstələrlə yaxın təmasdan çəkinmək, əlləri mümkün qədər tez-tez yumaq tövsiyə olunur. Xəstələr ictimai nəqliyyatdan mümkün qədər az istifadə etməlidir,  kütləvi tədbirlərdə iştirak etməməlidir, sağlam insanlarla sıx təmasdan çəkinməlidir və mümkün qədər maskadan (respirator) istifadə etməlidirlər.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.

Realpress.az


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.