Azərbaycanlı kişi ondan boşanan 23 yaşlı ukraynalı arvadını öldürdü - VİDEO

Azərbaycanlı kişi ondan boşanan 23 yaşlı ukraynalı arvadını öldürdü - VİDEO
14 Sent 2019 14:00

Azərbaycanlı kişi Ukraynada qətl hadisə törədib. 

Realpress.az “İnformator” portalına istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs dünən axşam saatlarında qadının yaşadığı binanın girişində bıçaqlayaraq öldürüb.

Qadın aldığı yaralardan "Təcili yardım gəlmədən keçinib. Kiyev doğumlu mərhumun 23 yaşı var idi.

Mərhumun nənəsinin sözlərinə görə, nəvəsi bir neçə il azərbaycanlı ilə görüşdükdən sonra onunla nikaha daxil olub. Cütlük 6 ay evli qalıb.

Boşanma arvadın təşəbbüsü ilə olub. Bu ayrılıqla barışmayan kişi onu izləməyə davam edib və nəticədə 23 yaşlı keçmiş arvadını öldürüb.

Adı açıqlanmayan şəxs hadisəni törətdikdən sonra qaçıb gizlənib.

Faktla bağlı cinayət işi açılıb. Hazırda həmin şəxs axtarılır. Onun ölkəni tərk etməyə cəhd göstərəcəyi istisna edilmir.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.