Cənubi Koreyada təcili tibbi yardım dronları istifadəyə veriləcək

Cənubi Koreyada təcili tibbi yardım dronları istifadəyə veriləcək
16 Sent 2019 10:27

Cənubi Koreyanın Milli Parklar Xidməti 2020-ci ildən etibarən dağlıq yerlərə ilk tibbi yardım vasitələrinin çatdırılması üçün pilotsuz uçan aparatlardan istifadəyə başlamağı planlaşdırır. Ölkə ümumilikdə 32 kvadrokopter almağı nəzərdə tutur.
 
“ICTnews” Elektron Xəbər Xidməti “TASS www.tass.ru” resursuna istinadən yazır ki, Ətraf Mühit Nazirliyinin strukturuna daxil olan Milli Parklar Xidmətinin nümayəndələrinin sözlərinə görə, bir sıra üstünlüklərə malik olan dronların tətbiqi bəzən yardım göstərmək üçün yeganə imkan olur.  
 
Pilotsuz uçan aparat böyük mobilliyə malikdir və təyinat yerinə mürəkkəb dağlıq relyefi qət edən təcili yardım əməkdaşlarından daha tez gəlirlər. Bundan başqa, dron tibbi vertolyotun enə bilmədiyi yerə dərmanlar çatdıra bilir.
 
Bildirilir ki, uçan aparat uzaq dağlarda olan turistlərə təcili yardım üçün dərman qutusu və defibrilyator ilə təchiz ediləcək. Qurğu yardıma ehtiyacı olanları GPS texnologiyası vasitəsilə tapır, infraqırmızı və istilik kameraları isə yaralının olduğu yeri dəqiq müəyyənləşdirməyə imkan verir.
 
İlk tibbi yardım vasitələrinin çatdırılması üçün dronlardan istifadənin effektivliyi dağ turizmini sevənlər arasında populyar olan və Seul ətrafında yerləşən Pukhansan parkında keçirilən sınaqlar zamanı yoxlanılıb. Ora ilk dron nümunəsi 2018-ci ilin dekabrında təhvil verilib.
 
Məlumata görə, pilotsuz uçan aparatların bir sıra sistemləri, o cümlədən GPS texnologiyası təkmilləşdiriləcək.
 
Xidmət nümayəndəsi bildirib ki, konstruktorlar tədqiqatları davam etdirirlər. Son tədarük vaxtı onların nəticələrindən asılı olacaq.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.