BNA yollardakı sıxlıqla bağlı Bakı sakinlərinə müraciət etdi

BNA yollardakı sıxlıqla bağlı Bakı sakinlərinə müraciət etdi
16 Sent 2019 10:38

Bakı Nəqliyyat Agentliyi (BNA) yeni tədris ilinin başlanması ilə əlaqədar əhaliyə müraciət edib.

Agentlikdən Realpress.az-a verilən məlumata görə, müraciətdə bildirilir ki, yeni dərs ilinin ilk günü ilə bağlı paytaxt Bakıda küçə və prospektlərdə, təhsil müəssisələrinin qarşısında sıxlıq yarana bilər: "Sıxlığın qarşısını almaq üçün ictimai nəqliyyatdan istifadə edək".

Qeyd edək ki, bu gün Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günüdür.

Azərbaycanda məktəblərdə dərslər Bilik Günü hesab edilən 15 sentyabrda başlasa da, bu il həmin tarixin həftənin bazar gününə təsadüf etməsi səbəbindən dərslər sentyabrın 16-da başlanır.

2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq.

29 Mar 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonundan yola salınan 138 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

29 Mar 2024
Cəmiyyət

Manat bu valyutalar qarşısında bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

29 Mar 2024
Cəmiyyət

10 yaşımda çıxdığım Füzuliyə indi geri dönürəm - Gülnarə Talıbova

Füzulidən çıxanda 10 yaşım var idi. İndi elimə-obama geri dönürəm

29 Mar 2024
Cəmiyyət

Şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

Məktəbəhazırlıq qruplarında , 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq. Aprelin 3-ü saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq.

29 Mar 2024
Cəmiyyət

“Böyük Dəbilqə”: İlk gündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparacaq

Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.