Mübariz İbrahimovun ev muzeyi açılır - FOTO

Mübariz İbrahimovun ev muzeyi açılır - FOTO
16 Sent 2019 11:03


Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi açılır. 

Realpress.az istinadla bildirir ki, Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, muzey istifadəyə verildikdən sonra qəhrəmanın yaşadığı evdə saxlanılan şəxsi əşyaları burada sərgilənəcək. 

Azərbaycanın Milli Qəhrəmanı M.İbrahimovun ev muzeyi doğulub boya-başa çatdığı rayonun Əliabad kəndindəki ata evinin həyətində inşa olunub. Mart ayından başlanan tikinti işləri artıq tamamlanmaq üzrədir.

Bir mərtəbədən ibarət olan muzeyin sərgi zalında Milli Qəhrəmana aid eksponatlar yer alacaq. Muzeyə gələn ziyarətçilərin rahatlığı üçün zalda isitmə və soyutma sistemləri quraşdırılıb. Eləcə də, M.İbrahimovun həyatı barədə maraqlı məqamları qeyd etmək istəyənlər üçün burada stol, stul yerləşdirilib. 

Dövlət dəstəyi ilə tikilən muzey yaxın günlərdə istifadəyə veriləcək.


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.