Rekord parlaq monitorlar üçün yeni standart rəsmən təqdim olunub

Rekord parlaq monitorlar üçün yeni standart rəsmən təqdim olunub
16 Sent 2019 11:48

Videoelektronika Standartlaşdırma Assosiasiyası (VESA) yeni nəsil displeylər üçün hazırlanan yeni “DisplayHDR 1400” standartını rəsmən təqdim edib.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, yenilənmiş “DisplayHDR 1.1” spesifikasiyasına daha ciddi məhsuldarlıq tələbləri (məsələn, parlaqlıq və rəng qamması üçün), eləcə də sınaqlar üçün yeni sorğular (HDR texnologiyasında ən son nailiyyətləri əks etdirən aktiv tündləşdirmə) daxildir. İstehsalçılar “DisplayHDR 1.1” standartı üzrə sertifikasiyanın aparılmasına indidən başlaya bilsələr də, “VESA” məhsulu 2020-ci ilin mayınadək köhnə “DisplayHDR 1.0” standartı üzrə sertifikasiyadan keçirməyə icazə verəcək.  
 
Bundan əlavə, yeni “VESA” standartına uyğunluq üçün təsvirin parlaqlığını 40 faiz artırmaq və qara rəng səviyyəsini 2,5 dəfə azaltmaq tələb olunur.
 
Yeni “DisplayHDR 1400” spesifikasiyasına tam cavab verən ilk sertifikatlaşdırılmış monitor “IFA 2019” sərgisində nümayiş edilən “ASUS ProArt Display PA32UCG” olub. O, “4K” təsvir ölçülü 32 düymlük ekran, maksimal 1600 kandel kvadratmetr (kd/m2) parlaqlıq, 1 000 000:1 nisbətində kontrastlıq və 48-120 QHs arasında tənzimlənən yenilənmə tezliyi ilə təchiz edilib.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.