Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT

Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT
16 Sent 2019 12:24

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 139,9 mln. manat təşkil edib.

Realpress.az “Report”a istinadla xəbər verir ki, neft məhsullarının istehsalında əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 1,6% artım qeydə alınıb.


Hesabat dövründə Azərbaycanda 818,2 min ton həcmində avtomobil benzini istehsal edilib. Avtomobil benzini istehsalında ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4% artım qeydə alınıb. Bu il sentyabrın əvvəlinə 25,8 min ton həcmində avtomobil benzini ehtiyatı yaranıb.

Hesabat dövründə ölkədə 184,6 min ton həcmində neft-kimya sənayesində istifadə üçün benzin, 1 450,2 min ton dizel yanacağı, 76,8 min ton yanacaq mazutu istehsal edilib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalında 21,9%, dizel yanacağı istehsalında 6,5%, yanacaq mazutu istehsalında 50,9% artım qeydə alınıb.

Hesabat dövründə ölkədə 406,2 min ton həcmində ağ neft, 13,4 min ton sürtkü yağları, 163,1 min ton neft bitumu, 168,5 min ton həcmində neft koksu istehsal edilib.

Ağ neft istehsalı ötən ilin müvafiq dövründən 2,8%, sürtkü yağlarının istehsalı 84,5%, neft bitumunun istehsalı 15,3%, neft koksunun istehsalı 2,9% azalıb.

23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.