Yüksək balla universitetə daxil olan tələbənin beyninə qan sızdı - FOTO (YENİLƏNİB)

Yüksək balla universitetə daxil olan tələbənin beyninə qan sızdı - FOTO (YENİLƏNİB)
16 Sent 2019 12:58

Beyninə qansızması nəticəsində vəfat edən Bakı Mühəndislər Universitetinin (keçmiş Qafqaz Universiteti) tələbəsi Nihat Maliyyə ixtisası üzrə təhsil alan Nihat Mirzəzadənin ölümü onu tanıyan hər kəsi kədərləndirib.

Realpress.az xəbər verir ki, Nihatı tanıyanlar onun yoxluğu ilə barışa bilmirlər.

Nihat Mirzəzadə 175 saylı orta məktəbdə təhsil alıb. Müəllimləri və sinif yoldaşları arasında böyük nüfuza sahib olub. Onun dəfn mərasimində  çoxsayda insan - eləcə də müəllimləri və sinif yoldaşları iştirak edib. 


Sinif yoldaşlarının sözlərinə görə, Nihat imkanlı ailənin övladı idi. Bir bacısı vardı.

Nihatın təhsil aldığı 175 saylı məktəbin müəllimi Mehriban Əliyeva sevimli şagirdinin gənc yaşda vəfat etməsini ilahi ədalətsizlik adlandırıb:

"Əziz balam, sevimli şagirdim, 175 nömrəli məktəbin ən başarlı, savadlı, bacarıqlı, unudulmaz şagirdi, sənin qəfil gedişinlə barışa bilmirəm. İlahi ədalətsizsizliyi qəbul edə bilmirəm. Niyələrə cavab tapa bilmirəm. Mən fəxr etdiyim, gülərüz, savadlı, məsuliyyətli, hamının sevimlisi olan şagirdimi gözlərimlə acizanə yola salmağımla barışa bilmirəm!"

Qeyd edək ki, 4-cü kurs tələbəsi olan Nihad ali məktəbə 677 balla qəbul olub. Bir çox intellektual oyunların qalibi olan Nihad universiteti 95 ortalama balla oxuyurdu. Çox istedadlı və gələcəyi mükəmməl olacaq bir gənc idi.

2019-09-14 10:30:24


Bakıda universitet tələbəsi vəfat edib.

BAKU.WS
 xəbər verir ki, Bakı Mühəndislər Universitetinin (keçmiş Qafqaz Universiteti) Maliyyə ixtisası üzrə təhsil alan Nihat Mirzəzadə qəfil beyninə qan sızması nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, 4-cü kurs tələbəsi olan Nihad ali məktəbə 677 balla qəbul olub. Bir çox intellektual oyunların qalibi olan Nihad universiteti 95 ortalama balla oxuyurdu. Çox istedadlı və gələcəyi mükəmməl olacaq bir gənc idi.


23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.