Nazirlikdən ayı hücumu ilə bağlı XƏBƏRDARLIQ: Ehtiyatlı olun!

Nazirlikdən ayı hücumu ilə bağlı XƏBƏRDARLIQ: Ehtiyatlı olun!
16 Sent 2019 14:15

Meşə sahəsində və ora yaxın ərazidə məskunlaşan sakinlər ehtiyatlı olmalıdırlar.

Realpress.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə İsmayıllıda ayının kənd sakininə hücum etməsi ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib.

Departament rəhbəri bildirib ki, bu cür hadisələrlə bağlı məlumat yayılanda media nümayəndələri də diqqətli olmalıdırlar:

"Yazırlar ki, ayı kəndə hücum etdi, insanlara xəsarət yetirdi, mal-qaranı parçaladı və sair. Bu isə insanlarda aqressiya yaradır. Son vaxtlar kəndlərin meşə ərazisində yerləşməyi, insanların daha çox meşənin içərisində ev tikməsi, həyətyanı sahələrin meşə ilə sərhəddə yerləşməsi bu cür hadisələrin baş verməsinə səbəb olur.

Etiraf etməliyik ki, son illər kəndlərimiz böyüyüb, insanlar daha çox meşənin içərisində ev tikməyə meyillənir, həyətyanı sahələri olmadığından mal-qaranı meşəyə buraxırlar. Ayı da meşə ərazisində heyvana, insana hücum edir. Bu cür hallar əslində normal haldır və bunun birbaşa səbəbkarı insanlar özləridir. Həmin ərazidə yaşayanlar ehtiyatlı olmalı, həyətyanı sahələrini çəpərləməli, axşamlar meşə sahələrinə çıxmamalı, mal-qaranı meşə ərazisinə nəzarətsiz buraxmamalıdırlar. Meşə vəhşi heyvanların evidir".

19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.