Masallı rayonunda ağır yol qəzası baş verib.
Realpress.az Trend-ə istinadən xəbər verir ki, rayonun Köhnə Alvadı kəndində kənd sakini Əliyev Müzəffər Əli oğlu idarə etdiyi "Volvo" markalı avtomobillə hərəkətdə olarkən Cəlilabad rayon sakini Zeynalov Vilayət Bəşir oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində "VAZ 2106"nın sürücüsü, həyat yoldaşı Zeynalova Bənövşə Aydın qızı, övladları Zeynalov Sahil Vilayət oğlu və Zeynalova Tamara Vilayət qızı xəstəxanaya yerləşdirilib.
Zeynalov Sahil Vilayət oğlu xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.