Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
realpress.az xəbər verir ki, hadisə rayonun Axıska kəndi yaxınlığından keçən yolda qeydə alınıb.
Saatlı rayon sakini, 1965-ci il təvəllüdlü Əliyev Nizami Bəymirzə oğlu özünə məxsus “VAZ 2106” markalı, 49 BC 802 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə, maşın yolun kənarındakı su kanalına düşüb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Ailə yaxınlarının dediyinə görə, N.Əliyev ürək xəstəliyindən əziyyət çəkib.
Faktla bağlı araşdırma aparılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.
Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.
Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.