Edvard Snouden vəzifəli şəxsləri “WhatsApp”dan istifadədən çəkinməyə çağırıb

Edvard Snouden vəzifəli şəxsləri “WhatsApp”dan istifadədən çəkinməyə çağırıb
17 Sent 2019 14:58

ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden dövlətlərdə yüksək vəzifə tutan insanları “WhatsApp” messencerində məlumatların şifrləmə səviyyəsinin aşağı olması səbəbindən ondan istifadə etməməyi tövsiyə edir. O, bu bəyanatı Fransanın “France Inter” radiostansiyasına müsahibədə səsləndirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “TASS.www.tass.ru” resursuna istinadən yazır ki, onun sözlərinə görə, hökumətdə ciddi məsələlərlə məşğul olan şəxs “WhatsApp”dan istifadə etməklə səhvə yol verir.
 
Müsahibədə radiostansiya jurnalisti qeyd edib ki, Fransa baş naziri Eduard Filipp digər nazirlərlə əlaqə qurmaq üçün “WhatsApp”dan istifadə edir, ölkə prezidenti Emmanuel Makron isə “Telegram”a üstünlük verir. “Bu proqramların hər ikisi SMS və ya digər şifrlənməmiş bildirişlərdən istifadədən daha yaxşıdır. Lakin onlardan baş nazirlərin istifadə etməsi çox təhlükəlidir”, – keçmiş agentlik əməkdaşı vurğulayıb.
 
O əlavə edib ki, “Facebook” şirkəti messencerə sahib çıxdıqdan sonra müxtəlif mühafizə səviyyələrini ləğv etməyə başlayıb.  
 
“Signal” və “Wire” proqramlarından istifadəni tövsiyə edən E.Snouden fikrini onların daha yaxşı şifrləmə səviyyəsinə malik olması və Facebook” şirkətinə məxsus olmaması ilə izah edib.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.