Balıqçı 800 metr dərinlikdən “yadplanetli” tutdu - FOTO

Balıqçı 800 metr dərinlikdən “yadplanetli” tutdu - FOTO
17 Sent 2019 15:08


İnsanların əksəriyyəti balıq tutmağı sevir. Bəzən isə ova nadir varlıqlar düşür. 

19 yaşlı norveçli Oskar Lundal Annoya adası yaxınlığında balıq ovuna çıxıb və halibut tutacağına ümid edib. Amma onun toruna daha maraqlı bir dəniz sakini düşüb.

Ladbible”ın məlumatına görə, oğlan göyərtəyə iri gözləri olan, həm dinozavr, həm də yadplanetliyə oxşayan bir varlıq çəkir:

“Bu, olduqca heyrətamiz idi, mən əvvəllər heç vaxt beləsini görməmişdim. O, qəribə görünürdü və dinozavra bənzəyirdi”. 

“Oskar əvvəlcə şoka düşüb, çünki o əvvəllər belə bir dəniz varlığı görməyib”, - deyə “The Sun” yazır. O, “canavar”ı 800 metr dərinlikdən təxminən yarım saata çəkib çıxarıb və çıxarılanda o, artıq ölmüş olub. Daha sonra gənc balıqçının daha təcrübəli həmkarları məsələyə aydınlıq gətirib. 

Chimaera Monstrosa Linnaeus balığı - Avropa ximeri qəribə tapıntıdır. O, köpəkbalıqları ailəsinin üzvüdür, lakin insanlar üçün təhlükəsizdir. Bir qayda olaraq, suyun dərinliklərində yaşayır və nadir hallarda insan tərəfindən ovlana bilir. Oskar nadir “şanslılar” arasındadır: 

“Özümə gəldikdə belə bir dəniz sakininin yağda qızardılmış halının dadına baxmaq şansını qaçırmadım. Qorxunc görünüşünə baxmayaraq, balıq, həqiqətən, dadlı idi. Əti bir az cod olsa da, dadlıdır”.


28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.