Ərdoğan Putin və Ruhanini əncirə qonaq etdi - FOTO

Ərdoğan Putin və Ruhanini əncirə qonaq etdi - FOTO
17 Sent 2019 15:59


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Putin və Ruhaniyə əncir qonağlığı verib.

O bununla bağlı özünün rəsmi “Facebook” səhifəsində status və fotolar paylaşıb:

“Üçtərəfli zirvə görüşü üçün ölkəmizə gələn Rusiya dövlət başçısı Putin və İran Prezidenti Ruhaniyə Aydın bölgəsinin əncirlərindən təklif etdik”.

Xatırladaq ki, ötən gün üç ölkə başçısının zirvə görüşündə Suriyaya dair sammit keçirilib. Ankaradakı hazırkı danışıqlar təminatçı dövlət başçılarının Suriya ilə bağlı beşinci görüşü olub.

Bu formatda sammitlər daha əvvəl 22 noyabr 2017-ci ildə Soçidə, 4 aprel 2018-ci ildə Ankarada və 7 sentyabr 2018-ci ildə Tehranda baş tutub. Sonuncu görüş isə 14 fevral 2019-cu ildə Soçidə keçirilib.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.