Xaricə gedən azərbaycanlıların sayı 21 faiz artıb - RƏSMİ

Xaricə gedən azərbaycanlıların sayı 21 faiz artıb - RƏSMİ
17 Sent 2019 16:52


Bu ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20,7 % artaraq, 3 729 200 nəfər olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə vətəndaşlarının 36,4 %-i İrana, 29 %-i Gürcüstana, 17,5 %-i Rusiyaya, 11,6 %-i Türkiyəyə, 5,5 %-i isə digər ölkələrə gedib. Gedənlərin 63,8 %-ni kişilər, 36,2 %-ni qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 48,1 %, Gürcüstana gedənlərin sayı 13,3 %, Rusiyaya gedənlərin sayı 7,4 %, Türkiyəyə gedənlərin sayı isə 5,1 % artıb.

Eyni zamanda, bu ilin yanvar-avqust aylarında  Azərbaycana dünyanın 190 ölkəsindən 2 138 700 nəfər və ya 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 8,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Ölkəmizə gələnlərin 30,6 faizi Rusiya Federasiyası, 22,1 faizi Gürcüstan, 9,5 faizi Türkiyə, 7,7 faizi İran, 4,0 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,8 faiz olmaqla Ukrayna və Hindistan, 1,7 faizi İraq, hər birindən 1,5 faiz olmaqla, Türkmənistan və Qazaxıstan, 1,4 faizi İsrail, 1,3 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 65,9 faizini kişilər, 34,1 faizini isə qadınlar təşkil edib.

Yanvar-avqust aylarında ölkəmizə gələnlərin sayında isə daha çox artım Türkmənistan (80,4 faiz), Misir (76,7 faiz), Çin (68,5 faiz), Hindistan (68,0 faiz), Filippin (44,3 faiz), Macarıstan (40,7 faiz), Səudiyyə Ərəbistanı (38,6 faiz), Polşa (32,0 faiz), İspaniya (29,4 faiz), Böyük Britaniya (27,9 faiz), Cənubi Koreya (25,8 faiz), Yaponiya (24,7 faiz), Gürcüstan (22,8 faiz) və Almaniya (22,5 faiz) vətəndaşları arasında qeydə alınıb.

Bu ilin yanvar-avqust aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı  25,3 faiz artaraq 96 500 nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 7,5 faiz artaraq 788 800 nəfər olub.

Cari ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,2 %-i dəmiryolu və avtomobil, 17,1 %-i hava, 0,7 %-i isə su nəqliyyatından istifadə edib.


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.