Maykl Ceksonun pedofilliyi haqda çəkilən film “Emmi”yə layiq görüldü - VİDEO

Maykl Ceksonun pedofilliyi haqda çəkilən film “Emmi”yə layiq görüldü - VİDEO
18 Sent 2019 09:56

“HBO” telekanalının dünyaca məşhur müğənni Maykl Ceksonun uşaqlara qarşı törətdiyi seksual zorakılıqdan bəhs edən “Neverlendi tərk edərkən” filmi “Ən yaxşı sənədli film” nominasiyası üzrə “Emmi” mükafatına layiq görülüb.

Realpress.az xəbər verir ki, bu barədə “Deadline Hollywood” yazıb.

Ekran işinin rejissoru Den Rid heykəlciyi alan zaman filmin iki qəhrəmanına – Ueyd Robson və Ceyms Seyfçaka dürüstlük və cəsarətlərinə görə minnətdarlığını bildirib.

Belə ki, filmdə onların hər ikisi uşaqlıqda Maykl Cekson tərəfindən cinsi istismara məruz qaldıqlarını etiraf edib.

“Qafqazinfo”nun yazdığına görə, sənədli filmin qəhrəmanlarını yalançı adlandıran musiqiçinin varisləri “HBO”ya qarşı 100 milyon ABŞ dolları məbləğində dava açıb.

“Emmi”nin əsas mükafatlandırma mərasimi sentyabrın 22-dən 23-ə keçən gecə baş tutacaq. Bu il nominasiya sayı üzrə lider “Taxt-tac oyunları” olub (32 nominasiya).


29 Mar 2024
Cəmiyyət

Hikmət Hacıyev: Azərbaycan və Ermənistan sülhə yaxındır, buna nail olmağa çalışılır

Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar.

29 Mar 2024
Cəmiyyət

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTO

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir. 

29 Mar 2024
Cəmiyyət

Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü (FOTO)

Event Horizon Teleskopu (EHT) Süd yolu qalaktikasında yerləşən Sagittarius A* (Oxatan A*) qara dəliyinin aydın fotosunu paylaşıb.

29 Mar 2024
Cəmiyyət

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.