İnstaqramda möhtəşəm yenilik - İstifadə QAYDASI

İnstaqramda möhtəşəm yenilik - İstifadə QAYDASI
18 Sent 2019 11:37

“Facebook”un İnstaqram üçün elan etdiyi yeni funksiya bütün istifadəçilər üçün əlçatan olub.

Realpress.az dunyabulteni.net-ə istinadən xəbər verir ki, yeni funksiya paylaşımların gələcək tarixə planlaşdırılmasıdır.

Uzun zamandır üzərində işlənilən bu funksiyanı istifadə etmək üçün hesabınız biznes profilinə keçirilməlidir. Bunun üçün İnstaqram profilini “Facebook” hesabınızla sinxronlaşdıra bilərsiniz.

Hesanınızı biznes profilinə keçirdikdən sonra paylaşım edərkən “İndi paylaş” düyməsi ilə yanaşı “Planlaşdır” düyməsini də seçə bilərsiniz. Bununla da paylaşımınız sizin müəyyənləşdirdiyiniz sonrakı vaxtda yayımlanacaq. Maksimum müddəti isə 6 ay sonraya təyin etmək mümkündür.
Hələlik bu funksiya “Hekayələr” bölməsində aktiv deyil.

Qeyd edək ki, 1 milyarddan sonra profilin qeydiyyatdan keçdiyi İnstaqramda günlük 500 milyondan çox aktiv istifadəçi var.

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.