Peyk internetinə rəqib texnologiya hazırlanıb

Peyk internetinə rəqib texnologiya hazırlanıb
18 Sent 2019 11:58

Yaponiyanın "HAPS Mobile" şirkəti orbital radioötürücü aparatlar və raket buraxılışları üçün orijinal alternativ texnologiya kəşf edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA www.4pda.ru" resursuna istinadən yazır ki, "HAWK30" adlı qeyri-adi pilotsuz uçan aparat konstruksiyası 10 elektromotora malik böyük qanaddan ibarətdir. Yüksək hündürlükdə (təxminən 20 km) uçuşlar üçün nəzərdə tutulan dron günəş batareyaları ilə təchiz olunub. Onlar qurğuya təkrar enerji toplamadan havada uzun müddət qalmağa imkan verir.
 
Bildirilir ki, retranslyator funksiyalarını yerinə yetirəcək "HAPS" pilotsuz uçuş aparatı mobil internetin paylanılması üçün baza stansiyası qismində istifadə oluna bilər. Yerüstü avadanlıqdan fərqli olaraq onun siqnalı bina və qurğular tərəfindən maneələrin təsirinə daha az məruz qalır.
 
Artıq uçuş sınaqları keçirilən qeyri-adi aparat perspektivdə bahalı peyk internetinə rəqib olacaq.
 

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.