Bred Pitt kosmosla canlı bağlantı etdi - FOTO

Bred Pitt kosmosla canlı bağlantı etdi - FOTO
18 Sent 2019 12:12

Məşhur aktyor Bred Pitt NASA-nın Vaşinqtondakı qərargahından dörd aydır Beynəlxalq Kosmik Stansiyada işləyən kosmonavt Nik Heyqlə canlı danışaraq suallarına cavab alıb.

Realpress.az oxu.az-a istinadən xəbər verir ki, aktyorun kosmos və kosmonavtın oradakı missiyası ilə bağlı suallarına Heyq havada fırlanaraq cavab verib.

Heyq ailədən uzaq olmağın çətin olduğunu qeyd edib: "Amma ən böyük şansım olduğum yerin dünyaya yaxın olmasıdır. Bu səbəbdən telefonla danışmaq və hər həftə sonu uşaqlarımla görüntülü söhbətləşmək imkanım olur".

Kosmonavt daha sonra orada necə yaşadıqlarından danışıb, missiyaları haqqında aktyora ətraflı məlumat verib, kosmosda gəzməyin və dünya ilə birlikdə fırlanmağın qeyri-adi hiss olduğunu deyib.

Yaxın zamanda nümayiş olunacaq kosmosla bağlı "Ulduzlara doğru" adlı filminə baxan Heyq aktyorun işini bəyəndiyini qeyd edib.

Qeyd edək ki, Bred Pitt Ceyms Qreyin rejissoru olduğu "Ulduzlara doğru" filmində kosmonavt rolunu canlandırıb. Filmdə, həmçinin Tommi Li Cons, Ruth Neqqa, Liv Tayler və Donald Sazerlend kimi aktyorlar da çəkilib.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.