Beynəlxalq Muğam Mərkəzində “Rast dünyası”adlı konsert təqdim olunacaq

Beynəlxalq Muğam Mərkəzində “Rast dünyası”adlı konsert təqdim olunacaq
18 Sent 2019 13:08

Beynəlxalq Muğam Mərkəzində sentyabrın 19-da "Rast dünyası" adlı konsert proqramı təqdim olunacaq.

Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə muğam və təsniflər səsləndiriləcək.

"Könül" ansamblının müşayiət edəcəyi konsert çərçivəsində Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova və Teyyub Aslanov çıxış edəcəklər. Sevilən xanəndələrimizin hər birinin "Rast" muğamına  fərdi baxışı və yanaşması fərqli bir muğam axşamı dəstgahı vəd edir.

Əziz musiqi həvəskarları, muğamların birincisi sayılan, bədii təsir qüvvəsi etibarı ilə coğunluq, çağırış ruhu, əzəmət, təntənə əhvalı yaradan "Rast" muğamının dərin fəlsəfəsindən zövq almaq istəyən bütün muğamsevərləri 19 sentyabr, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinə dəvət edirik.


17 Okt 2019
Mədəniyyət

Muğam mərkəzində pulsuz konsert olacaq - Sara Qədimovaya həsr edilir

Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti tədbiri Xalq artisti, xanəndə Sara Qədimovaya həsr olunacaq.

16 Okt 2019
Mədəniyyət

Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq

Oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının iştirakı ilə konsert təşkil olunacaq.

9 Okt 2019
Mədəniyyət

Onkoloji xəstə olduğu deyilən Xalq artisti: Xərçəng olduğumu bilsəydim, intihar edərdim

Onkoloji xəstə olduğu deyilən Xalq artisti: Xərçəng olduğumu bilsəydim, intihar edərdim