Zakir Həsənov təlimləri izlədi - VİDEO

Zakir Həsənov təlimləri izlədi - VİDEO
19 Sent 2019 11:31

Genişmiqyaslı təlimlərin planına uyğun olaraq, ərazinin kəşfi mərhələsindən sonra təlim iştirakçıları qoşunların qarşılıqlı fəaliyyətinin təşkilini maket üzərində həyata keçiriblər.

Realpress.az istinadla bildirir ki, bu barədə Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə təlimlərin mərhələlər üzrə epizodları çətin dağlıq relyefli ərazinin maketi üzərində işlənilib.


Qeyd edək ki, sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 16-dan Müdafiə nazirinin rəhbərliyi altında Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.


Sentyabrın 20-dək davam edəcək təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.


25 May 2020
Hərbi

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatdı

Qoşunların 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb.

25 May 2020
Hərbi

Ermənilər atəşkəs rejimini 23 dəfə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

24 May 2020
Hərbi

Azərbaycanda bir kəndin bütün sakinləri koronavirus yoxlamasından keçdi - VİDEO

Son günlər koronavirusa yoluxanların sayına görə Mərkəzi Aran rayonları üstünlük təşkil edir. Burada Kürdəmiri xüsusilə qeyd etmək lazımdır.

24 May 2020
Hərbi

Cəbhədə sakitlik pozuldu: Pulemyotlar işə düşdü

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

23 May 2020
Hərbi

Nazirlər Kabineti rəsmisindən hərbi çağırışla bağlı MÜHÜM AÇIQLAMA

“Hərbi çağırışla bağlı məsələlər müzakirə olunmaqdadır”.