“LTE” şəbəkələrinə qoşulmaların sayı 5 milyarda yaxınlaşıb

“LTE” şəbəkələrinə qoşulmaların sayı 5 milyarda yaxınlaşıb
20 Sent 2019 16:22

Bu ilin ikinci rübündə “LTE” şəbəkələrinə 250 milyona yaxın yeni qoşulma qeydə alınıb, onların ümumi sayı isə 4,7 milyarda çatıb. Bu barədə “Ovum” analitik şirkətinin sahə üzrə “5G Americas” Assosiasiyasına istinadən məlumatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, 2019-cu ilin aprel-iyununda illik hesablamada “LTE” bağlantılarının sayı 27 faiz artaraq qlobal miqyasda mobil rabitə şəbəkələrinə qoşulmaların ümumi həcminin 53 faizini təşkil edib.  
 
Tədqiqatda, həmçinin qeyd olunur ki, cari ilin iyununda dünyada “5G” kommersiya şəbəkələrinin sayı 34 ədəd təşkil edib, dekabrın sonunadək isə bu göstəricinin 77-yə yüksələcəyi gözlənilir. “Ovum” şirkətinin proqnozuna görə, 2021-ci ilin sonunda dünyada “5G” şəbəkələrinə qoşulmaların sayı 156 milyona (o cümlədən Şimali Amerikada 32 milyon) çatacaq.
 
2024-cü ildə mobil rabitə bazarında mədaxilin 26 faizinin “5G” şəbəkələrinin payına düşəcəyi gözlənilir. Buna baxmayaraq bazarda durğunluq davam edəcək.
 
“Strategy Analytics” şirkətinin analitiki Devid Kerrin proqnozuna görə, 2024-cü ilin sonunda dünyada “LTE” şəbəkələrinə qoşulmaların sayı 6 milyard və ya ümumi sayın üçdə iki hissəsini təşkil edəcək.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.