Deputat vəsiqəsini borc üçün girov qoyan millət vəkilinə — TÖHMƏT verilə bilər

Deputat vəsiqəsini borc üçün girov qoyan millət vəkilinə — TÖHMƏT verilə bilər
20 Sent 2019 16:35

“Deputat vəsiqəsini girov qoyub borc götürmək heç bir mənəvi kriteriyaya uyğun gəlməyən addımdır. Deputat vəsiqəsi niyə girov qoyulur ki?!”

Realpress.az xəbər verir ki, bunu qafqazinfo-ya açıqlamasında Milli Məclisin İntizam Komissiyasının üzvü, deputat Fazil Mustafa deyib.

O qeyd edib ki, bu, heç bir məntiqə sığmır:

“Mən indi söhbətin kimdən getdiyini bilmirəm. Bütövlükdə bu deputat statusuna qarşı sayğısızlıqdır. Bu, sırf etik xarakterli məsələdir. Qanunda deputat adına yaraşmayan əməllər törətmək müddəası var. Bu məsələ də mənə elə gəlir ki, o kateqoriyaya daxildir. Məsələ sadəcə deputat adına yaraşmayan, etikadan kənar hərəkət kateqoriyasına aiddir”.

Məsələnin parlamentin İntizam Komissiyasında müzakirə olunub olunmayacağı sualına gəlincə isə, F. Mustafa problemin ciddi olduğunu vurğulayıb:

“Ona görə də Milli Məclisin İntizam Komissiyasında müzakirəyə çıxarıla bilər. Çünki girov qoyulması üçün qanunvericilikdə yollar var. Hər hansı əmlakını qoyub girov qoyub borc götürə bilərsən. Deputat vəsiqəsi girov sayılmır ki?!  Deputat vəqisəsi birinci növbədə, statusu təsdiq edən sənəddir. Bu sənəd də toxunulmazdır, başqasına verilə bilməz. Əgər belə hal varsa, deputata töhmət verilə bilər. Bunu isə ictimai rəy həll edəcək.

Belə hallarda hər hansı faktın araşdırılması üçün Milli Məclisin sədri İntizam Komissiyasına müraciət edir. Yaxud da Milli Məclisin sessiyasında hər hansı millət vəkili məsələni qaldıra bilər. Sədr bunu məqsədəuyğun sayırsa, məsələni araşdırmaq üçün İntizam Komissiyasına göndərir”.
Qeyd edək ki, report.az saytı deputat Rafael Cəbrayılovun vəsiqəsini girov qoyaraq borc götürməsi haqqında informasiya yayıb.



29 Mar 2024
Cəmiyyət

10 yaşımda çıxdığım Füzuliyə indi geri dönürəm - Gülnarə Talıbova

Füzulidən çıxanda 10 yaşım var idi. İndi elimə-obama geri dönürəm

29 Mar 2024
Cəmiyyət

Şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

Məktəbəhazırlıq qruplarında , 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq. Aprelin 3-ü saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq.

29 Mar 2024
Cəmiyyət

“Böyük Dəbilqə”: İlk gündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparacaq

Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

29 Mar 2024
Cəmiyyət

Xırdalanda 10-dan çox qumbara tapıldı - FOTO/VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sursat aşkar edilib.

29 Mar 2024
Cəmiyyət

Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzulidə olublar - FOTO

Bu gün Naxçıvandan Qarabağa yola düşən şəhid ailələri Füzuli rayonunda olublar.