Muğam mərkəzində pulsuz konsert olacaq - Bütün musiqisevərlər dəvətlidir

Muğam mərkəzində pulsuz konsert olacaq - Bütün musiqisevərlər dəvətlidir
20 Sent 2019 17:30

Beynəlxalq Muğam mərkəzində "Unudulmayanlar" layihəsi təqdim olunacaq.

Realpress.az xəbər verir ki, 24 sentyabrda Beynəlxalq Muğam Mərkəzində "Unudulmayanlar" layihəsinin növbəti tədbiri keçiriləcək. Tədbirdə xanəndə Seyid Mirbabayevin xatirəsi yad ediləcək.

Mədəniyyət tariximizdə elə sənətkarlar olub ki, xalq onlara sevgisindən, bəzən də digər səbəbdən haqlarında rəvayətlər yaradıb. Həyatı əfsanələr haləsinə bürünmüş belə sənətkarlardan biri də xanəndə Seyid Mirbabayev olub.

Seyid Mirbabayev (əsl adı Mir Tağı olub) 1867-ci ildə Bakıda anadan olub. Dindar ailədə böyüyür. Mədrəsə təhsili alır. Erkən yaşlarından dini məclislərdə yaxından iştirak edir. Xeyli vaxt atası və böyük qardaşı kimi mərsiyəxanlıqla məşğul olur. Sonralar musiqiyə maraq göstərir, xalq məclislərində xanəndə kimi çıxış edir. Çox keçmir, məlahətli və şaqraq səsi ona şöhrət qazandırır. Ötən əsrin əvvəllərində Bakının musiqi həyatında çox tanınır. Teatr tamaşalarının fasilələrində və Şərq konsertlərində mahir müğənni kimi çıxış edir. Xanəndəlikdən milyonçuya gedən yolun sonunda isə Seyid Mirbayevin həyatı heç də nikbin notlarla davam etmir.
XIX əsrin sevilən xanəndəsi haqqında daha maraqlı faktlar "Unudulmayanlar" layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzi tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub. Tədbirdə maraqlı konsert proqramı ilə yanaşı  xanəndənin həyatından yeni faktlar da təqdim olunacaq.

Bütün musiqisevərləri Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin yeni mövsümdə ilk tədbirinə dəvət edirik.

Konsertə giriş sərbəstdir.


6 Dek 2019
Mədəniyyət

Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə önəmli töhfə — “Sənət və söhbət”

Elxan Nəcəfovun tərtib etdiyi “ Cəlil Məmmədquluzadə 150 il – məqalələr, esselər, müsahibələr, şeirlər” kitabı haqqında qeydlər

28 Noy 2019
Mədəniyyət

“Öz peşəsi ilə məşğul olsun” - İlham Namiqdən Afaq Bəşirqızına

Xalq artisti İlham Namiq Kamal Teatrlar Xadimləri İttifaqının XIV konfransında baş verən qalmaqala münasibət bildirib.

20 Noy 2019
Mədəniyyət

Alim Qasımov nəvəsi ilə duet oxudu - VİDEO

Alim Qasımov öz adını verdiyi kiçik nəvəsi Alimlə muğam ifa edib.