Ən təhlükəli parollar açıqlanıb

Ən təhlükəli parollar açıqlanıb
23 Sent 2019 10:43

Almaniyanın “Avira” antivirus şirkətinin tərtibatçıları “ağıllı” qurğu və şəbəkə qurğularından istifadə zamanı ən təhlükəli parolları müəyyənləşdiriblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti www.ria.ru” resursuna istinadən yazır ki, eksperiment üçün mütəxəssislər tərəfindən hakerlərə  şəbəkə qurğularının (marşrutlayıcı, kamera və ya digər qurğular) siqnalını imitasiya edən “tələ” qurulub. Hakerlər istənilən login və parol birləşməsini daxil etməklə onlara daxil olmağa çalışıblar. Bundan sonra şirkət hansı parol birləşmələrinin daha çox istifadə edilməsinin təhlilini aparıb. Eksperimentdə ümumilikdə 14 mindən çox insan iştirak edib.
 
Məlum olub ki, seçim üzrə 25,6 faiz halda hakerlər login və parol yerlərini boş qoyublar. İstehsal zamanı quraşdırılan növbəti ən populyar kombinasiyalar “admin/QWestM0dem” və “admin/airlive” (24 faiz) olub. Üçüncü yerdə (23,4 faiz) standart “admin/admin”, “support/support” və “root/root” birləşmələri qərarlaşıb.
 
Şirkət nümayəndələrinin fikrincə, təhlükəli parollarla bağlı problemlər əsasən standart kombinasiyaları dəyişmək istəməyən istifadəçilərlə deyil, qurğu istehsalçıları ilə əlaqədardır. Belə ki, bəzən sadə insanlar haker hücumlarının törətdiyi təhlükə barədə düşünmürlər.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.