Xərçəngin müalicəsində inqilabi - YENİLİK

Xərçəngin müalicəsində inqilabi - YENİLİK
23 Sent 2019 10:47


ABŞ-ın Stenford Universitetinin alimləri CAR T- hüceyrə terapiyasını xərçəng immunoterapiyası sahəsində inqilabi bir yenilik adlandırıblar.

Bu barədə “MedicalXpress”in məlumatında bildirilib.

Tədqiqatçılar əldə olunmuş klinik məlumatlara əsasən terapiyanın effektivliyini qiymətləndiriblər.

Alimlərin fikrincə, CAR T- hüceyrə terapiyası müalicəyə cavab verməyən bədxassəli şişlərin növləri ilə mübarizədə belə effektiv nəticə verib. Bununla belə, qeyd olunur ki, bu metod mürəkkəbdir və həmişə kömək etmir, çünki xərçəngin bəzi növləri müalicəyə müqavimət göstərir. Lakin bu çatışmazlıqlar gələcəkdə aradan qaldırıla bilər.

Mütəxəssislər xəstələrin 60-93 faizində terapiyanın effektiv olduğunu təsbit ediblər. Çox vaxt o, V hüceyrələrinin kəskin lenfoblastik leykozunda da effekt göstərir. Belə ki, uzunmüddətli müşahidələr xəstəliyin təkrarlana biləcəyini də göstərib.

V- böyük hüceyrə limfomasında metod hər zaman işləmir, lakin trəkrarlanma ehtimalı azdır. Bu isə xəstəliyin eyni göstəricilərlə uzunmüddətli müalicəsinə gətirib çıxarır. 

CAR T- hüceyrə terapiyasında ximerik antigen reseptoru istifadə olunur. O, immunitet sistemini aktivləşdirən xüsusi antitel və domenlərə seçici şəkildə bağlanan antitel parçasını birləşdirən proteindir.

Xəstənin xərçəng hüceyrələrindəki CD19 zülalı ilə əlaqəli ximerik antigenik reseptor CAR olduğundan onun T hüceyrələri çıxarılır və genetik olaraq dəyişdirilir. Modifikasiyadan sonra isə onlar yenidən xəstənin bədəninə daxil edilir.

29 Mar 2024
Cəmiyyət

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonundan yola salınan 138 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

29 Mar 2024
Cəmiyyət

Manat bu valyutalar qarşısında bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

29 Mar 2024
Cəmiyyət

10 yaşımda çıxdığım Füzuliyə indi geri dönürəm - Gülnarə Talıbova

Füzulidən çıxanda 10 yaşım var idi. İndi elimə-obama geri dönürəm

29 Mar 2024
Cəmiyyət

Şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

Məktəbəhazırlıq qruplarında , 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq. Aprelin 3-ü saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq.

29 Mar 2024
Cəmiyyət

“Böyük Dəbilqə”: İlk gündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparacaq

Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.