Azərbaycanda 7 minə yaxın gənc proqramçı olmaq istəyir!

Azərbaycanda 7 minə yaxın gənc proqramçı olmaq istəyir!
25 Sent 2019 12:35

Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyasına qəbul üçün indiyə qədər 7 minə yaxın namizəd ərizə göndərib. Namizədlərin 30%-dən çoxu ilkin test mərhələsində yüksək bal toplayaraq seçim prosesinin növbəti mərhələsinə keçib. IBA Tech Akademiyasında təhsil arzusunda olan şəxslərin əksəriyyəti gənclərdir. Belə ki, namizədlərin orta yaş həddi 24 yaş təşkil edir. Akademiyada təhsil almaq üçün müraciət etmiş namizədlərin 21%-i xanımlardır. Namizədlər sırasında ölkəmizdəki müxtəlif ali məktəblərdə texniki ixtisaslar üzrə təhsil alan tələbələr və universitet məzunları üstünlük təşkil edir.

Ərizə qəbulu sentyabrın 30-a qədər davam edəcək. 18 yaşı tamamlanmış, proqramçı olmaq istəyən şəxslər bu müddətə qədər Akademiyanın internet səhifəsi üzərindən onlayn ərizə göndərə bilərlər: www.ibatech.az

Tələbələrin IBA Tech Akademiyasının fəaliyyəti barədə ətraflı məlumatlandırılmasından ötrü Azərbaycan Dövlət İqtisad Universitetində, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında, ADA Universitetində, Bakı Mühəndislik Universitetində, görüşlər keçirilib. Azərbaycan Beynəlxalq Bankının və Akademiyanın fəaliyyətində Banka metodoloji dəstək verəcək İsrail-Ukrayna şirkəti - "DAN.IT" təhsil mərkəzinin nümayəndələri tələbələrə qəbul qaydaları, gələcək təlimlərin təşkili formaları barədə ətraflı məlumat verərək onların suallarını cavablandırıblar. Azərbaycan Respublikası Təhsil  Nazirliyinin SABAH qruplarında da bu cür görüşlərin keçirilməsi nəzərdə tutulub.

Azərbaycan Beynəlxalq Bankı belə bir Akademiyanı Korporativ Sosial Məsuliyyət layihəsində yaradıb. Burada məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar IT mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Ölkəmizin biznes mühitində ilk dəfə reallaşdırılan bu sosial layihə çərçivəsində Akademiyada təhsil ödənişsiz olacaq.

IBA Tech Akademiyasında təşkil olunan ilk intensiv bootcamp proqramlarında iştirak üçün müraciət edənlər arasından 2 istiqamət üzrə 100 tələbə seçiləcək. Namizədlər onlayn ərizə göndərdikdən sonra seçim 4 mərhələ üzrə aparılır: qeydiyyat, texniki test, məntiq testi və fərdi müsahibə. Təlimlərsə oktyabrın 10-dan Bakıda keçiriləcək və hər bir istiqamət  üzrə 2,5  ay davam edəcək. IBA Tech Akademiyası Bakı şəhəri, Neftçi Qurban küçəsi - 29 ünvanında yerləşən müasir biznes mərkəzində fəaliyyət göstərəcək. Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparacaqlar. IBA Tech Akademiyasında təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə faydalı olacaq. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına kömək göstəriləcək.

IBA Tech Akademiyasının yeni sosial proqramlarına da qəbul planlaşdırılır, bu barədə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

Realpress.az

28 May 2020
İqtisadiyyat

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir

Mayın 28-də səhər dünyada neft qiymətlərində ucuzlaşma müşahidə olunub.

27 May 2020
İqtisadiyyat

Emin Hacıyev: “Regionların inkişafı Şamaxının timsalında yeni mərhələyə keçir”

“Pandemiyanın yaratdığı mürəkkəb şəraitə, iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, Azərbaycan sosial əhəmiyyətli layihələri fasiləsiz olaraq davam etdirir. Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri bir daha göstərdi ki, müəyyən olunmuş prioritetlər hətta fors-major şəraitdə də dəyişməz olaraq qalır”.

27 May 2020
İqtisadiyyat

Azərbaycan nefti bahalaşdı

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb. 

26 May 2020
İqtisadiyyat

“Azəriqaz”dan sayğaclarla bağlı MÜHÜM AÇIQLAMA

Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir.

26 May 2020
İqtisadiyyat

Gürcüstan Azərbaycandan alacağı təbii qazın həcmini azaldıb

Gürcüstan hökuməti 2020-ci il üçün təbii qazın idxal proqnozuna yenidən baxıb. Nəticədə təbii qazın alınacağı mənbə və həcmlərdə dəyişiklik edilib.