İt öz həyatı bahasına uşaqları xilas etdi

İt öz həyatı bahasına uşaqları xilas etdi
30 Sent 2019 13:03


ABŞ-ın Florida ştatında Zevs adlı doqquz aylıq pitbul iki uşağı zəhərli ilandan xilas edərkən ölüb.

Bu barədə “CNN” məlumat yayıb.

Cina Riçardson itin 10 yaşlı oğlu Oraylın oynadığı darvazanın yanında nəyəsə hücum etdiyini görüb. Oğlan əvvəlcə bunun ip olduğunu düşünüb. Lakin it ona yaxınlaşmağa imkan verməyib.  Zevs qəfildən qarnı üstə yerə uzanıb və qalxmayıb.

Uşaq iti çevirəndə ilan görüb. Məlum olub ki, bu, iti dörd dəfə dişləyən zəhərli mərcan ilanıdır. Zevs ilanın başını dişləyib udub. İti baytara aparıb ona zəhər əleyhinə vaksin vursalar da, dərman təsir etməyib. İt bir gün sonra, Oraylın ad günündə ölüb.

Riçardson bütün ailənin kədərli olduğunu və Zevsə daim minnətdar olacağını bildirib:

“Əgər it olmasaydı, yəqin ki, övladlarımdan birini itirəcəkdim”.


24 Yan 2020
Maraqlı

Ayaq barmaqları niyə keyiyir? SƏBƏBLƏR

Narahat ayaqqabı və ya soyuq hava ayaq barmaqlarının keyiməsinə səbəb ola bilər. Lakin bu simptom insanda heç bir xarici təsir olamadan tez-tez təkrarlanırsa buna fikir vermək və səbəbini araşdırmaq lazımdır.

24 Yan 2020
Maraqlı

HUAWEI şirkəti HMS Core 4.0 platformasının bütün dünya üzrə buraxılışını elan etdi

HUAWEI şirkəti proqram istehsalçılarına əlavələrin hazırlanma effektivliyini və sürətini yüksəltməyə, həmçinin onların pula çevrilməsini yaxşılaşdırmağa imkan verən HMS Core 4.0 servislər dəstini işə saldı.

24 Yan 2020
Maraqlı

Prostat xərçənginin əsas ƏLAMƏTLƏRİ — MÜTLƏQ OXUYUN!

Almaniyalı onkoloqlar prostat xərçənginin ilk əlamətlərini açıqlayıb.

23 Yan 2020
Maraqlı

“Sihirli annem”in filmi çəkiləcək

11 il sonra teatr səhnəsinə qayıdan aktrisa Nevra Serezli izləyicilərinə xoş xəbər verib.