Noyabrın 10-da Heydər Əliyev Mərkəzində Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq" ritm qrupunun konserti keçiriləcək.
Realpress.az Trend-ə istinadən xəbər verir ki, qrup "Qaytağı", "Qaval rəqsi", "Bir qəlbdə iki ruh" və tamaşaçı rəğbəti qazanmış digər kompozisiyaları ilə yanaşı, məhz bu konsert üçün hazırladığı yeni nömrələr də ifa edəcək.
Azərbaycanın qədim milli zərb aləti olan nağaranı tanıtmaq, təkmilləşdirmək və yeni ritmlər qurmaq məqsədilə 2001-ci ildə "Natiq" ritm qrupu yaradılıb. Natiq Şirinov qrup rəhbəri olmaqla yanaşı, pedaqoq və ritm bəstəkarı kimi fəaliyyət göstərməyə başlayıb.
2007-ci ildə Əməkdar artist, 2018-ci ildə Xalq artisti fəxri adı ilə təltif olunub.
2011-ci ildə Koreyada Dünya Ritm yarışmasında "Dünya Qran Prisi"ni qazanıb.
2012-ci ildə "Eurovision", 2015-ci ildə I Avropa Oyunları, 2016-cı ildə "Formula 1", 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının açılış mərasimlərində çıxış edib.
Qrup ABŞ, Almaniya, Avstiya, BƏƏ, Çin, Fransa, İran, İsveçrə, İtaliya, Koreya, Mərakeş, Norveç, Polşa, Rusiya, Türkiyə, Tayvan və digər ölkələrdə konsertlər verib, müxtəlif tədbirlərdə, festivallarda iştirak edib.
Natiq Şirinov dünyanın bir çox məşhurları - Ruslana, Rihanna, Sami Yusuf, Stiven Siqal və s. ilə birgə çıxışlar edib.
Mədəniyyət Nazirliyi Zəfər muzeyi ilə bağlı ictimaiyyətə müraciət edib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Müqəddəs Jen-Mironosits pravoslav kilsəsi barədə hazırlanan videoçarxı təqdim edib.
Azərbaycan ordusunun Kəlbəcər şəhərinə daxil olmasına sayılı günlər qalıb. Bu ərəfədə mənfur düşmən məkrli əməllərindən əl çəkməyərək, Kəlbəcər rayonu ərazisindəki tarixi abidələrin guya onlara məxsus olması barədə yalanlar yaymaqda davam edir.