Çilidə dünyanın ən böyük optik teleskopu tikilir

Çilidə dünyanın ən böyük optik teleskopu tikilir
30 Sent 2019 16:38

Mühəndislər və inşaatçılar 2800 tonluq günbəz "E-ELT" optik teleskopunu tikməyə başlayıblar. Gələn onilliyin ortalarında istifadəyə veriləcəyi nəzərdə tutulan "E-ELT" dünyanın ən böyük optik teleskopu olacaq. Bu haqda Avropa Cənub Rəsədxanasının (ESO) mətbuat xidməti məlumat verib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "nauka.tass.ru" saytına istinadən yazır ki, ESO-nun qiymətləndirməsinə görə, optik teleskopun ümumi dəyəri 1 milyard avronu ötəcək. Bu məbləğin böyük hissəsi avadanlığın hazırlanması və rəsədxana binasının tikintisinə xərclənəcək. Teleskopun ən bahalı və mürəkkəb komponenti diametri təxminən 39 metr təşkil edəcək böyük güzgüdür. Bu güzgü 1,4 metr ölçüsündə 798 altıbucaqlı seqmentdən yığılacaq.
 
Bu nəhəng güzgü E-ELT-yə Günəş sistemindən kənarda olan planetlərin, digər qalaktikadakı ulduzların ilk detallı şəkillərini əldə etməyə, Yer kürəsinin oxşarını axtarıb tapmağa kömək edəcək.

Realpress.az


19 Okt 2019
Maraqlı

Siqareti tərgitməyin asan yolları — Qadınlar və kişilərə VACİB - VİDEO

Sadəcə siqaretdir çəkirəm deməyin. Siz əslində kofein, marixuana, heroin, kokoin çəkirsiz. Çünki gün ərzində 10-15 ədəd siqaret elə bu narkotir maddələr qədər psixoloji asılılıq yaradır.

19 Okt 2019
Maraqlı

“Apple” ən bahalı brend olaraq qalır

Əqli mülkiyyətin qiymətləndirilməsində ixtisaslaşan "Interbrand" beynəlxalq konsaltinq şirkəti dünyanın ən bahalı brendlərinin növbəti illik reytinqini dərc edib. 1998-ci ildən tərtib olunan reytinqdə "Apple" şirkəti ardıcıl yeddinci dəfə birinci yeri tutub.

18 Okt 2019
Maraqlı

Bu məşhurlara “Eurovision” qadağası qoyuldu - Siyahı

Bir neçə gün bundan əvvəl Ukrayna "Eurovision" mahnı müsabiqəsi ilə bağlı seçim qaydalarını yeniləyib. Qaydalara əsasən, 2014-cü ildən bugünə qədər Rusiyada səhnəyə çıxmış ifaçılar müsabiqəyə qatıla bilməz. Qərar Ukrayna və Rusiya KİV-lərində müzakirələrə səbəb olub, sosial şəbəkələrdə tənqidlərə məruz qalıb.