“Siz hansı dinə qulluq edirsiniz?” — Maşın-dan uzaqlaşdırılan KƏRİM

“Siz hansı dinə qulluq edirsiniz?” — Maşın-dan uzaqlaşdırılan KƏRİM
03 Okt 2019 14:31

“Maşın” realiti şousunun birinci günü qalmaqalları ilə yadda qalıb.

Realpress.az xəbər verir ki, dünən baş tutan buraxılışda müğənni Kərim Abbasov oyundan uzaqlaşdırılıb.

Oyundan sonra Kərim həmkarları haqqında bunları deyib:

“Quyu qazmaqlarına baxıb, şoka düşürəm. İnsanların neçə siması olar, hansı dinə quluq edirsiniz? Ümumiyyətlə, çalışın bir üzünüz olsun, amma çətin, mən gördüyümü gördüm”.

Xatırladaq ki, dünənin səsvermə nəticəsi olaraq, aşıq Namiq Fərhadoğlu tribunaya çıxıb. O, tamaşaçıların səs çoxluğunu toplayaraq Kərimi oyundan uzaqlaşdırıb.

Bundan başqa Kərim canlı efir zamanı, həmkarı müğənni Nazim Pişiyarı ilə də söz savaşına çıxıb.

Qeyd edək ki, “Maşın”da meyxanaçı Aqşın Fateh, Ayan Babakişiyeva, aparıcı Kəmalə Piriyeva, xalq artisti Bilal Əliyev, aşıq Namiq Fərhadoğlu, Türkan Vəlizadə, aparıcı Suna Kasımoğlu, Nazim Pişiyarı, repçi Qurd, Niyam Salami, Ramal İsrafilov, Aysun İsmayılova, əməkdar artist Fatma Mahmudova, aparıcı Zümrüd Qasımova, Fuad Musayev, aparıcı Lalə Mustafayeva, aktyor Məcid Hüseynov mübarizəni davam etdirir.


17 Okt 2019
Şou-biznes

Timati ikinci dəfə ATA OLDU — FOTO

Rusiyalı rep ifaçısı Timati ikinci dəfə ata olub.

17 Okt 2019
Şou-biznes

Enrike İqlesias sovet mahnısı sədaları altında uşaqları ilə oynadı – VİDEO

Enrike İqlesias sovet mahnısı sədaları altında uşaqları ilə oynadı – VİDEO

16 Okt 2019
Şou-biznes

Xanım müğənnimiz ərə gedir — VİDEO

ARB TV-nin "Show News” verilişinin növbəti müsahibi müğənni Sevda Yəhyayeva olub.

16 Okt 2019
Şou-biznes

"Bu gün çox gözəl bir gün idi" - Xalq artistlərimiz Ərdoğanla

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla fotolarını paylaşıblar.

16 Okt 2019
Şou-biznes

Xalq artistinin illər əvvəl çəkilən görüntüləri - VİDEO

Xalq artisti Zülfiyyə Xanbabayeva ad günündə illər əvvəl çəkilən görüntülərini paylaşıb.