“Wi-Fi” siqnalları divar arxasında olan insanın şəxsiyyətini müəyyənləşdirməyə kömək edib

“Wi-Fi” siqnalları divar arxasında olan insanın şəxsiyyətini müəyyənləşdirməyə kömək edib
03 Okt 2019 14:54

Kaliforniya Universitetinin mühəndisləri “Wi-Fi” siqnalları vasitəsilə müxtəlif maneələr, o cümlədən divar arxasında olan insanın şəxsiyyətini identifikasiya etməyə imkan verən texnologiya hazırlayıblar. Tədqiqat universitetin saytında dərc edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Hightech www.hightech.fm” resursuna istinadən yazır ki, “XModal-ID” adlı metod bir-birindən uzaq iki “Wi-Fi” siqnalı ötürücüsündən, eləcə də insanın hərəkətlərinin əks olunduğu videoyazılardan istifadəni nəzərdə tutur. Videoçarx vasitəsilə insanın üçölçülü modeli tərtib olunduqdan sonra bu məlumatlar ondan “Wi-Fi” siqnallarının əks edilməsinin modelləşdirilməsi üçün istifadə olunur.
 
Eksperiment zamanı metod səkkiz könüllünün üzərində sınaqdan keçirilib. “XModal-ID” sistemi ümumilikdə divar arxasında olan insanların 84 faizini düzgün müəyyənləşdirib. “XModal-ID” alqoritmlərinin kompüter təlimi əsasında işləməsinə görə gələcəkdə identifikasiya prosesinin tədricən artacağı gözlənilir.
 
Texnologiyanın köməyi ilə hüquq-mühafizə orqanları insanı hərəkətlərinə görə identifikasiya edə biləcəklər. Məsələn, insan müşahidə kameralarına düşərək sifəti görünməz olanda qanun keşikçiləri onun şəxsiyyətini məhz bu sistem vasitəsilə müəyyənləşdirəcəklər.  

Realpress.az


19 Okt 2019
İT

Vatikanda “ağıllı” təsbeh yaradılıb (VİDEO)

Vatikanda müasir texnologiya və qurğuları sevən gənc katoliklərin kilsəyə cəlb edilməsi məqsədilə "ağıllı" təsbeh buraxılıb.

18 Okt 2019
İT

Dünyada ən kiçik əl printeri təqdim edilib

“PrinCube” adlı əl printerinin çəkisi 110 qr-dır. Ənənəvi printerlərdən fərqli olaraq bu cihazla nəyisə çap etmək üçün onu səthin üzərisi ilə əllə hərəkət etdirmək lazımdır. Sözügedən printer öz arxasınca müxtəlif rəngli mürəkkəblərdən ibarət iz saxlayır.

18 Okt 2019
İT

Dünyada “5G” şəbəkəsinin sürətli tətbiqi proqnozlaşdırılır

“CCS Insight” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) yaxın illərdə sürətli tətbiqini proqnozlaşdırır. Mütəxəssislərin qiymətləndirməsinə görə, 2022-ci ildə bütün dünyada “5G” şəbəkələrinə qoşulmaların sayı 1 milyarda çatacaq, 2024-cü ildə onların sayı 2 milyardadək artacaq, 2025-ci ildə isə 3 milyardı ötəcək.

18 Okt 2019
İT

İnformasiya təhlükəsizliyi bazarında 9,4 faiz illik artım gözlənilir

İnformasiya təhlükəsizliyi üçün dünya həllər bazarının həcmi artır və yaxın illərdə artım nümayiş etdirməkdə davam edəcək. Bu barədə “International Data Corporation” (IDC) analitik şirkətinin tədqiqatında deyilir.

18 Okt 2019
İT

“Samsung” smartfonlarının barmaq izi müdafiəsi faydasız olub

"Samsung" şirkəti istənilən şəxsin "Galaxy S10" smartfonunun mühafizə sisteminə müdaxilə etməsinə imkan verən boşluğun mövcudluğunu etiraf edib. Bu haqda "Reuters" yazıb.