İraqda etirazlar: 16 ölü, 650 yaralı

İraqda etirazlar: 16 ölü, 650 yaralı
03 Okt 2019 15:21

İraqın paytaxtı Bağdadda davam edən etiraz aksiyaları zamanı azı 16 nəfər həlak olub.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, aksiyanı dağıtmaq üçün polis etirazçılara atəş açıb.

Etiraz aksiyaları Bağdad və ətraf şəhərlərdə bir neçə gündür ki, davam edir.

Etirazlar zamanı daha 650 nəfər xəsarət alıb. Aksiyalar digər şəhərlərdə də qeydə alınıb.

Bağdadda komendant saatı elan olunub.

Şəhərdə "Facebook", "WhatsApp", "Twitter" və digər sosial şəbəkələrə giriş bağlanıb.

Etirazçılar sosial problemlərin həllini tələb edirlər.


19 Apr 2024
Dünya

Dörd gündür Kopenhagendə yanan binanı söndürmək mümkün olmur

Kopenhagen birjasının binasında baş verən yanğını artıq dördüncü gündür ki, söndürmək mümkün olmur.

19 Apr 2024
Dünya

İzmir sahillərində zəlzələ baş verib - FOTO

Türkiyənin İzmir şəhərinin Seferihisar mahalı sahillərində zəlzələ baş verib.

19 Apr 2024
Dünya

Rusiya Ukraynanın Dnepropetrovsk vilayətini atəşə tutub, ölənlər var - FOTO/VİDEO

Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk vilayətini atəşə tutublar, ölənlər var.

19 Apr 2024
Dünya

Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

19 Apr 2024
Dünya

İsrail İrana zərbə endirib

İsrail İrandakı obyektə raket zərbəsi endirib.