Teymur Rəcəbov Dünya Kubokunun finalında qələbəni son günə saxladı - YENİLƏNİB

Teymur Rəcəbov Dünya Kubokunun finalında qələbəni son günə saxladı - YENİLƏNİB
03 Okt 2019 16:27


Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kubokunun finalında dördüncü partiya da yekunlaşıb.

Realpress.az xəbər verir ki, Teymur Rəcəbov ağ fiqurlarla oynayan çinli Dinq Lirenə uduzmayıb.

Qarşılıqlı hücumlarla keçən görüş 31-ci gedişdə sülhlə nəticələnib. Beləliklə, ümumi hesab 2:2 olub.

Tərəflər qalibi sabah müəyyənləşdirəcək. Turnir sabah yekunlaşacaq.  

11:47

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında çinli Dinq Lirenlə dördüncü görüşünə çıxacaq.

realpress.az xəbər verir ki, 32 yaşlı qrossmeysterimiz dünya reytinqinin üçüncü şahmatçısı olan rəqibi ilə qara fiqurlarla oynayacaq.

Son üç görüşdə tərəflər hərəyə bir qələbə qazanıb, bir partiya isə heç-heçə bitib. Hazırda tərəflər arasında ümumi hesab bərabərdir – 1,5:1,5.

Bugünkü görüş sonuncu ola da bilər, olmaya da. Qalib müəyyənləşməsə, sabah həlledici görüşdə – tay-breykdə tərəflər güclü ağıl zəkası olduğunu sübut etməyə çalışacaq. 

Qeyd edək ki, yarışın mükafat fondu 1,6 milyon dollardır. Teymur Rəcəbov qalib gələcəyi halda, 110 min dollar qazanacaq. Uduzacağı halda isə 80 min dollarla kifayətlənəcək.

Onu da bildirək ki, üçüncü yer uğrunda görüşdə fransız Maksim Vaşye-Laqravla çinli Yuy Yanla qarşılaşacaq. Maraqlıdır ki, burda da ümumi hesab bərabərdir – 1,5:1,5.


29 Mar 2024
İdman

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıblar - YENİLƏNİB + FOTO

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.