Çində “Samsung” şirkətinin smartfon istehsalı üzrə sonuncu zavodu bağlanıb

Çində “Samsung” şirkətinin smartfon istehsalı üzrə sonuncu zavodu bağlanıb
04 Okt 2019 11:07

“Samsung” şirkəti Çində smartfon istehsalı üzrə sonuncu zavodun fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, məlumata görə, 2013-cü ildə şirkətin Çinin mobil telefonlar bazarında payı 20 faiz təşkil edib. Hazırda bu rəqəm 1 faizədək azalıb. Altı min əməkdaşın çalışdığı müəssisədə 2017-ci ildə 63 milyon mobil telefon istehsal edilib. “Samsung” nümayəndələrinin sözlərinə görə, bütün avadanlıqlar digər bazarlara köçürüləcək.
 
Qeyd olunur ki, ölkənin Xueyçjou şəhərində yerləşən zavodun bağlanılması təkcə Cənubi Koreya şirkətinin biznesin aparılmasında səmərəliliyi artırmaq istəyi ilə deyil, eyni zamanda Çin və ABŞ arasında ticarət münaqişəsi fonunda narahatlıqla əlaqədardır. Bundan başqa, yerli iqtisadiyyatın zəifləməsi, dünyada smartfonlara tələbatın azalması və Çin zavodlarının işçiləri üçün xərclərin artması öz rolunu oynayıb. Bir müddət əvvəl “Samsung”un Tyantsin şəhərində yerləşən analoji müəssisəsi də fəaliyyətini dayandırıb.
 
Qeyd edək ki, oxşar strategiyanı hazırda “Sony” şirkəti də həyata keçirir. Belə ki, Yaponiya istehsalçısı Pekin zavodunu bağlayaraq istehsalı Tailanda köçürüb. “Apple” şirkəti də istehsalın şaxələndirilməsi üçün səylər göstərir. Yeni qlobal strategiyaya uyğun olaraq ABŞ şirkətinin rəhbərliyi bir neçə il ərzində zavodları Hindistan, İndoneziya, Malayziya və Meksikaya köçürməyi planlaşdırır.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.