İlham Əliyev Paşinyanı diplomatik nokauta saldı - ŞƏRH

İlham Əliyev Paşinyanı diplomatik nokauta saldı - ŞƏRH
04 Okt 2019 11:51


Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunub.

Realpress.az-ın məlumatına görə, Milli Məclisin deputatı, politoloq Sahib Alıyev mövzu ilə bağlı şərh verib.

O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” sayıqlamasına Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ - Azərbaycandır və nida işarəsi” deməklə cavab verib.

“Ermənistanın Baş naziri Nikol Paşinyan o sözləri Xankəndidə demişdi. Dövlət başçımız isə Rusiya Prezidenti Vladimir Putinlə, Xarici İşlər naziri Sergey Lavrovun və dünyanın onlarla tanınmış beyin mərkəzlərinin analitiklərinin qarşısında “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışı zamanı onun cavabını verdi”, - deyə S.Alıyev əlavə edib.

Deputatın sözlərinə görə, Azərbaycanın dövlət başçısı Ermənistan Baş nazirinin sözlərinin, doğrudan da sayıqlama olduğunu, həddini aşdığını dəqiqliklə əsaslandırdı:

“Paşinyan özü orda olsa belə, etiraz etməyə söz tapmayacaqdı. Mənə elə gəlir ki, Paşinyanın cavabını vermək üçün bundan doğru zaman, uyğun auditoriya, eləcə də, yer ola bilməzdi. diplomatik nokaut deyilən bir anlayış varsa, bu, o olsun gərək”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev realpress.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin çıxışı ilə Azərbaycanın beynəlxalq aləmdə mövqeyi bir daha təsdiq olundu.

“Cənab Prezident Qarabağın Azərbaycanın tarixi əraziləri olduğunu vurğuladı”, - deyə F.Şəfiyev bildirib.

Ekspert Azərbaycan Prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə görüşünün nəticəsinə də toxunub:  

“Nəticə ilə bağlı danışmaq hələ tezdir. Ancaq ümumən hesab edirəm ki, Rusiya Prezidentinin Yerevan səfərindən sonra Azərbaycanın dövlət başçısı ilə görüşməsi əlamətdar hadisə idi. Hesab edirəm ki, bu, Rusiya tərəfinin Azərbaycana diqqətinin göstəricisidir. Hər iki ölkə üçün dostluq münasibətlərinin, strateji tərəfdaşlığın inkişafı vacibdir”.


28 May 2020
Siyasət

Çavuşoğludan Azərbaycan dilində bayram təbriki - FOTO

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu xalqımızı Respublika Günü münasibəti ilə təbrik edib.

28 May 2020
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışında

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin mayın 28-də açılışı olub.

28 May 2020
Siyasət

Ukrayna Azərbaycanı Respublika Günü münasibətilə təbrik etdi - FOTO

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib.

28 May 2020
Siyasət

İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etdi - FOTO

Mayın 28-də Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

28 May 2020
Siyasət

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə təbrik edib.