MENSTURASİYA POZĞUNLUĞU TƏHLÜKƏLİ OLA BİLƏRMI?

MENSTURASİYA POZĞUNLUĞU TƏHLÜKƏLİ OLA BİLƏRMI?
04 Okt 2019 17:19

MENSTURASİYA POZĞUNLUĞU TƏHLÜKƏLİ OLA BİLƏRMI?

Son zamanlar menstural tsiklin (aybaşı) pozulması ən çox yayılmış ginekoloji problemlərdən biridir. Demək olar ki, bütün qadınlar həyatında bir dəfə də olsa bu problemlə rastlaşır. Bu stresslə bağlı təsadüfi gecikmə də ola bilər. Amma menstural tsiklin davamlı gecikmələri olan qadınlar da az deyildir. İlk mensturasiya 12-13.5 yaş arası başlayır. 14 yaşda mensturasiya başlamayan qızlar həkim tərəfindən müayinə olunmalıdır. Bir mensturasiyanın başlandığı günlə digər mensturasiyanın başlandığı gün arasındakı period menstural tsikl adlanır. Normada minimum 21 gün, maksimum 33 gün ola bilər. Normal olaraq 28 gün hesab olunur. Əgər gecikmə 14 gün və ya artıq olarsa ciddi problem ola bilər. Bəzən tsiklin qısalması halları da rast gəlinir. Belə hallarda həkim ginekoloqa müraciət etmək lazımdır. Çünki bu ciddi problemin başlanğıcı ola bilər.

Menstruasiya pozğunluqların səbəbləri. Aybaşının ləngiməsi müxtəlif ginekoloji xəstəliklər, məsələn, uşaqlığın və yumurtalıqların iltihabı, uşaqlığın mioması (xoşxassəli şişi), onkoloji xəstəliklər və.s səbəblərdən baş verə bilər.

Polikistoz Yumurtalıq Sindromu. Mütəmadi olaraq menstruasiyanın ləngiməsi polikistoz yumurtalıq sindromu (PKYS) üçün xarakterikdir. PKYS (Şteyn-Levental sindromu) zamanı onların işi pozulur və hormonal tarazlığın pozulması səbəbindən qeyri-mütəmadi menstrual tsikl müşahidə edilir. Hormonal fon müxtəlif səbəblərdən pozula bilər. Bir hormon digərinə təsir göstərir və orqanların birgə fəaliyyətini təmin edir. Məsələn: adətən yumurtalıqlar çox az kişi cinsi hormonu ifraz edir, PKYS zamanı isə kişi cinsi hormonunun ifrazı artır (hiperandrogeniya). Elə buna görə ovulyasiya dayanır, dəridə sızanaqlar, üzdə və bədəndə tüklərin artması və uzanması baş verir. Orqanizmin insulin sərfi azalır, qanda şəkərin səviyyəsi qalxır, şəkərli diabet riski yaranır.

PKYS-ın profilaktikası. PKYS həkim ginekoloq tərəfindən müalicə olunur. Bununla yanaşı onun profilaktikası üçün bəzi tədbirlər görülə bilər. Daimi olaraq idmanla məşğul olmaq lazımdır, əgər idmana vaxt yoxdursa piyada gəzməyə üstünlük verilməlidir. Düzgun qidalanmaq vacibdir. Yağlı qidaları (ət, yağlı pendir, qızardılmış yeməklər) azaltmaq lazımdır. Tütündən imtina etmək lazımdır, tütünçəkmə qadınlarda kişi cinsi hormonların səviyyəsini artırır. Çəkini azaltmaq lazımdır. Çəkinin hətta 5 kq azalması hormonların normaya düşməsinə kömək edir. Cinsi hormonların balansının tənzimlənməsində tək dərman vasitələri deyil fizioterapiya, vitaminlər (A və E vitaminləri) və minerallar (sink, selen) da önəmlıdir.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.