Naviqatora inandı, maşını çaya düşdü

Naviqatora inandı, maşını çaya düşdü
05 Okt 2019 23:11


Böyük Britaniyada “Ford Transit” markalı avtomobilin sürücüsü maşınına qoşulmuş naviqatorun qurbanı olub. Belə ki, yol boyu rastına çıxan xəbərdarlıqlara fikir vermədən, ancaq naviqatorun tələblərinə əməl edən sürücü gözlənilmədən çaya düşüb.

Nəticədə maşın gəzintisi az qala sürücü, maşında olan sərnişin və onun iti üçün faciə ilə yekunlaşa bilərdi.

“FoxNews”un məlumatına görə, xilasedicilər son anda maşını çaydan çıxara biliblər və heç kim xəsarət almayıb.

Naviqatorun “səhv etməsinin” səbəbi isə yaxın günlərdə yağan yağış nəticəsində artıq qurumuş çayın yenidən axar vəziyyətə dönməsi olub.

Bu, naviqatorun səhvi olan ilk hadisə deyil. Belə ki, bu ilin yayında ABŞ-da 100-ə yaxın maşın yağış suları ilə yuyulmuş qrunt yolda ilişib qalmışdı. Səbəb isə “Google Maps” proqramının onları tıxacdan xilas etmək üçün bu yolu təklif etməsi olub.

Həmin vaxt “Google” şirkəti istifadəçilərindən təkcə naviqatora arxayın olmamağı, şəxsi təcrübələrinə güvənməyi məsləhət görmüşdü.

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.