İnsanı 10 yaş cavanlaşdıran qidalar açıqlandı

İnsanı 10 yaş cavanlaşdıran qidalar açıqlandı
07 Okt 2019 08:06

Tibb işçiləri insanı 10 yaş cavanlaşdıra biləcək məhsulları açıqlayıb. Mütəxəssislər əmindir ki, düzgün seçilmiş qida rasionu gözəllik və sağlamlığın rəhndir.

Realpress.az Qafqazinfo.az-aistinadla xəbər verir ki, ekspertlər cavanlaşmaya kömək edən səkkiz məhsulun adını açıqlayıb. Bir qayda olaraq, onların hamısının tərkibində faydalı mikroelementlər var. Siyahıda ilk yeri tünd şokolad tutub. O, dərinin vəziyyətində yaxşı təsir edən flavonoid və antioksidantlarla zəngidir. İkinci yerdə tərkibində polifenollar olan yaşıl çay qərarlaşıb.

Bundan əlavə, mütəxəssilər hesab edir ki, kofe də orqanizmin vəziyyətinə müsbət təsir göstərə bilər. Onların sözlərinə görə, onun tərkibində olan birləşmələr dərini melanomadan qorumaqda kömək ola bilər. Lakin, tibb işçiləri qeyd edir ki, burada içkinin keyfiyyəti böyük önəm kəsb edir.

 

Ekspertlər deyir ki, cavanlığını qorumaq istəyənlər avokado, pomidor, qara qarağat və qarpıza üstünlük verməlidir.

Avokado sellüloz, kalium və yağ turşuları ilə, pomidor isə likopinlə zəngindir.Bütün bu maddələr ürək-damar sistemini möhkəm və cavan saxlamağa yardım edir.

Qara qarağat C vitamini və bir çox minerallarla zəngindir. C vitamini damarları möhkəmləndirir, kollagenin sintezini sürətləndirir. Kollagen dərimizi daha dartılmış və cavan edir.

Həmçinin mütəxəssislərin fikrinə görə, rasiona yağlı balıq əlavə etmək lazımdır. Yağlı balıq ürək-damar sistemini qoruyur.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.