“Google Maps” xidmətindən adsız istifadə etmək mümkün olacaq

“Google Maps” xidmətindən adsız istifadə etmək mümkün olacaq
07 Okt 2019 08:55

"Google" şirkəti öz müştərilərinə "Google Maps" onlayn-xəritə xidmətindən adsız istifadə üçün imkan yaradacaq. Bu məlumatı şirkətin mətbuat xidməti yayıb.

Məlumatda qeyd olunub ki, "Google Maps" onlayn-xəritə xidmətindən istifadə zamanı "adsız" rejiminə keçməklə sizin bu mobil əlavədə hərəkətiniz şəxsi hesabınızda qeyd olunmayacaq. Korporasiya bildirib ki, Android əməliyyat sistemində işləyən mobil cihazların istifadəçiləri artıq bu ay yeni sistemdən istifadə edə biləcəklər. İOS sistemi ilə işləyən smartfon istifadəçiləri isə bu imkana bir qədər gec malik olacaqlar.

Realpress.az techland.az-a istinadən bildirir ki, sözügedən dəyişikliklər "Google" şirkətinə məxsus olan YouTube videohostinqini də əhatə edəcək. Buradakı əlavələrin yenidən nizamlanması axtarışla bağlı tarixçəni avtomatik silməyə kömək edəcək. "Sizin məlumatların saxlanılması tarixini daxil edin və məsələn, üç ay və ya 18 aydan sonra biz geri qalanını özümüz həll edəcəyik", -deyə mətbuat açıqlamasında bildirilir.

Korporasiyanın bu addımı ötən il Associated Press agentliyinin müştərilərin icazəsi olmadan onların şirkət tərəfindən izlənilməsi ilə bağlı qalmaqallı məqaləsi ilə əlaqədar atılıb. Bu səbəbdən cari ilin avqustunda ABŞ-ın Kaliforniya ştatındakı San-Diyeqo şəhərinin sakini korporasiyanı məhkəməyə verib.

"Google" internet-axtarış və reklam texnologiyalarına sərmayə qoyan Amerika şirkətidir. O, həmçinin onlayn xidmətlərin göstərilməsi və yüksək texnologiyalı məhsulların istehsalı ilə də məşğul olur. Lari Peyc və Sergey Brinin əsasını qoyduqları bu korporasiya 1998-ci ilin sentyabrında özəl şirkət kimi qeydiyyatdan keçib və hazırda illik dövriyyəsi 100 milyard dollardan çox olan "Alphabet" holdinqinin bir hissəsidir. Onun mənzil-qərargahı Kaliforniya ştatındakı Mauntin-Vyu şəhərində yerləşir.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.