“Youtube”un CEO-su Fuada məktub göndərdi - 1 milyon abunəçi!

“Youtube”un CEO-su Fuada məktub göndərdi - 1 milyon abunəçi!
08 Okt 2019 15:14


“Youtube”un CEO-su Susan Voyçiski azərbaycanlı gəncə təbrik məktubu göndərib. 

Qafqazinfo xəbər verir ki, söhbət maarifləndirici “ZehinX”, “ОпытХ”, “ZihinX”, “SabioX” kimi məşhur “Youtube” kanallarının yaradıcısı Fuad Əliyevdən gedir. 

Belə ki, gənc marketoloqun yaratdığı “ОпытХ” kanalı 1 milyon abunəçi toplayıb. CEO ona ünvanladığı məktubda uğurlar arzulayıb:

“Sizin gördüyünüz işlə qürur duyuruq. Ümid edirik ki, hörmətimizin əlaməti olan Gold Creator Award-ı (Qızıl yaradıcı mükafatı) qəbul edərsiniz. Növbəti mərhələ kimi 10 milyon izləyici toplamağınızı səbirsizliklə gözləyirik. 

Siz bizi heyrətləndirdiniz! Belə davam edin, böyük arzularla yaşayın və yaradın. Bizim etdiyimiz hər şey üçün ilham mənbəyisiniz”.

Fuad Əliyev açıqlamasında bildirib ki, hazırda İrlandiyanın paytaxtı Dublində yaşayır və “Digital Marketing” ve “Data Analysis” sahəsində fəaliyyət göstərən şirkəti var:

“Eyni zamanda da hobbi kimi bu kanalları başlamışam. Ən birinci azərbaycanca olan “ZehinX” kanalını, sonra isə tərcümələri kimi olan “ОпытХ” (rusca), “ZihinX” (türkcə), “SabioX” (ispanca) kanallarını açmışam. Kanallarımın ardıcıl olaraq azərbaycanca 96 min, rusca 1 milyon 30 min, türkcə 310 min, ispanca isə 135 min abunəçisi var”.

Qeyd edək ki, Fuad Əliyev Dövlət İdarəçilik Akademiyasında Hüquq üzrə təhsilini tamamladıqdan sonra “EF San Francisco”da ön-MBA təhsili alıb, daha sonra “UCD Michael Smurfit Graduate Business School”da Marketinq üzrə magistr təhsilinə yiyələnib.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.