Modul kompüterlər konsepsiyası nümayiş olunub

Modul kompüterlər konsepsiyası nümayiş olunub
09 Okt 2019 09:50

“Intel” şirkəti Londonda keçirilən təqdimatda modul kompüterlər konsepsiyasını və belə fərdi kompüterlər üçün hazır modul variantını nümayiş etdirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, şirkət tərəfindən bütün fərdi kompüter komponentlərinin kiçik bloklara yerləşdirilməsi təklif edilir. Plana görə, bu, fərdi kompüterin yenilənməsini asanlaşdıracaq – istifadəçi mövcud modulu çıxararaq onu daha yaxşı texniki xüsusiyyətlərə malik yenisi ilə əvəzləyə biləcək.

 

Bundan başqa, təqdimatda xarici görünüşünə görə ikiçıxışlı videokartı xatırladan “Element” blokunun prototipi nümayiş olunub. Onun tərkibinə “Xeon” prosessoru, “DDR4” operativ yaddaşı üçün iki slot və bərkcisimli toplayıcılar üçün iki M.2 çıxışı daxildir.

 

Modul 225 vatlıq enerjidən istifadə üçün nəzərdə tutulan 8 kontaktlı enerji doldurma çıxışı, iki “Thunderbolt 3” portu, tamölçülü “HDMI” çıxışı, 3,5 millimetrlik audioçıxış birləşdiricisi, dörd “USB Type-A” (USB 3.2) portu və iki “RJ-45” şəbəkə çıxışları ilə təchiz edilib.

 

Bildirilir ki, kommersiya həllərinin təqdimatı 2020-ci ilin birinci rübünə planlaşdırılır.

Realpress.az


19 Okt 2019
İT

Vatikanda “ağıllı” təsbeh yaradılıb (VİDEO)

Vatikanda müasir texnologiya və qurğuları sevən gənc katoliklərin kilsəyə cəlb edilməsi məqsədilə "ağıllı" təsbeh buraxılıb.

18 Okt 2019
İT

Dünyada ən kiçik əl printeri təqdim edilib

“PrinCube” adlı əl printerinin çəkisi 110 qr-dır. Ənənəvi printerlərdən fərqli olaraq bu cihazla nəyisə çap etmək üçün onu səthin üzərisi ilə əllə hərəkət etdirmək lazımdır. Sözügedən printer öz arxasınca müxtəlif rəngli mürəkkəblərdən ibarət iz saxlayır.

18 Okt 2019
İT

Dünyada “5G” şəbəkəsinin sürətli tətbiqi proqnozlaşdırılır

“CCS Insight” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) yaxın illərdə sürətli tətbiqini proqnozlaşdırır. Mütəxəssislərin qiymətləndirməsinə görə, 2022-ci ildə bütün dünyada “5G” şəbəkələrinə qoşulmaların sayı 1 milyarda çatacaq, 2024-cü ildə onların sayı 2 milyardadək artacaq, 2025-ci ildə isə 3 milyardı ötəcək.

18 Okt 2019
İT

İnformasiya təhlükəsizliyi bazarında 9,4 faiz illik artım gözlənilir

İnformasiya təhlükəsizliyi üçün dünya həllər bazarının həcmi artır və yaxın illərdə artım nümayiş etdirməkdə davam edəcək. Bu barədə “International Data Corporation” (IDC) analitik şirkətinin tədqiqatında deyilir.

18 Okt 2019
İT

“Samsung” smartfonlarının barmaq izi müdafiəsi faydasız olub

"Samsung" şirkəti istənilən şəxsin "Galaxy S10" smartfonunun mühafizə sisteminə müdaxilə etməsinə imkan verən boşluğun mövcudluğunu etiraf edib. Bu haqda "Reuters" yazıb.