Pensiyalarla bağlı daha bir yenilik

Pensiyalarla bağlı daha bir yenilik
09 Okt 2019 12:57

Nazirlik xüsusi şərtlərlə pensiya təyinatının da avtomatlaşdırılması istiqamətində işlərə başlayıb.

Realpress.az istinadla bildirir ki,bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, bu işlər çərçivəsində nazirlik xüsusi şərtlərlə pensiya təyinatı sisteminin də avtomatlaşdırılması istiqamətində işlərə başlayıb.

E-sistem işə salınandan sonra xüsusi şərtlərlə pensiya təminat hüququ yaranan vətəndaşların (hərbi və xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və b.) da bu hüquqları yarandığı gün pensiya təyinatları heç bir yerə müraciət edilmədən və sənəd təqdim olunmadan, e-qaydada reallaşdırılacaq.

Ölkəmizdə cari ilin əvvəlindən ilk proaktiv xidmət olaraq pensiyaların elektron qaydada təyinatına başlanıb.

Avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi vətəndaşa pensiya hüququ yarandığı gündə e-qaydada pensiya təyin edilməsinə, bu sahədə məmur-vətəndaş təması olmadan, tam şəffaf xidmətin həyata keçirilməsinə imkan verib.


15 Okt 2019
İqtisadiyyat

Azərbaycanda pensiya yaşı belə hesablanacaq – Yenilik

Azərbaycanda gələn il üçün kişilərin və qadınların pensiya yaşı daha 6 ay artacaq.

14 Okt 2019
İqtisadiyyat

2000-dək şəxsə ünvanlı sosial yardımın ödənilməsi dayandırılıb

Artıq 2000-dək şəxsə ünvanlı sosial yardımın ödənilməsi dayandırılıb.

14 Okt 2019
İqtisadiyyat

Dollar və manatın bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 14 oktyabr tarixinə olan valyuta məzənnələrini açıqlayıb.