Onkoloji xəstə olduğu deyilən Xalq artisti: Xərçəng olduğumu bilsəydim, intihar edərdim

Onkoloji xəstə olduğu deyilən Xalq artisti: Xərçəng olduğumu bilsəydim, intihar edərdim
09 Okt 2019 13:05


İnanın ki, o vaxt xəstə olanda onkologiyanın nə olduğunu bilmirdim. Əgər bilsəydim, bəlkə də, intihar edərdim.

Bunu realpress.az-a açıqlamasında Xalq artisti, xanəndə Zabit Nəbizadə deyib.

“O vaxt Asəf Zeynallı adına Bakı Musiqi Kollecinə qəbul olmaq bir az çətin idi. Bakı qeydiyyatında olmayanları qəbul etmirdilər. Mən də ona görə məcbur olub Ələt qəsəbəsindəki Ağac Emalı Kombinantında işləmək qərarına gəldim. Çünki iki ildən sonra oranın yataqxanasının qedyiyyatına düşəcəkdim.

Kombinatda qapı və pəncərə istehsal edirdik. İşim çətin deyildi. Sonradan orada işləyən zaman belimin zədələndiyini öyrəndim. Hətta bir ildən sonra yeriyə bilmədim. Ayağımın biri tutulmuşdu. Bunu valideynlərimdən gizlədib, müalicə üçün bir çox yerlərə getdim. Amma bir müddətdən sonra bir ayağım şişdi. Məlum oldu ki, belim səpdiyi üçün bütün çirk ayağıma yığılıb.

Bu hadisələr baş verən zaman 1988-ci ildə Cabbar Qaryağdıoğlu adına müsabiqəyə hazırlaşırdım. Ona görə xəstəxanada yata bilmədim. Müsabiqəni udub tanınmaq istəyirdim. Çünki harada oxusam, mənə “Bala Alim” deyirdilər.

Müsabiqədə yer tuta bilmədiyim üçün xəstəxanaya getməli oldum. Dörd ay ərzində iki dəfə əməliyyat olundum. Ancaq həm çirk kəsilmədi, həm də çirk olan ayağım şişdi. Ona görə də məni onkoloji xəstəxanaya göndərdilər. İnanın ki, o vaxtı onkologiyanın nə olduğunu bilmirdim. Əgər bilsəydim, bəlkə də, intihar edərdim.

Son olaraq Nisə xanım adında həkim məni 10 günə sağaltdı. Məlum oldu ki, belimdə yırtıq olub. Çirk həmin yırtıqdan yaranıbmış. Nisə həkimin dediyi kimi, taxtanın üstündə yatdıqdan sonra düzəldim. İndi bir az ağır bir şey qaldıran kimi ağrıyıram. Yenidən yırtıq əmələ gəlmə ehtimalı var. Ona görə ehtiyatlı olmalıyam.

Onu da qeyd edim ki, həmin vaxt dörd ay xəstəxanada yatdığım üçün pensiyaya belə çıxmışdım”, - deyə Xalq artisti qeyd edib.

Zabit Nəbizadə Hepatit C xəstəliyindən də əziyyət çəkdiyini qeyd edib:

“2005-ci ildə İrana konsertə getdiyim zaman Hepatit C xəstəsi olduğunu öyrəndim. Analizlər diaqnozu təsdiqlədi. Amma Bakıda ailəmlə bağlı vacib işim olduğu üçün geri qayıtdım. İki aydan sonra yenidən İrana gedib dostlarımın köməyi ilə həkimə getdim və 300 dollara olan iynələri aldım. Altı ay həmin iynələri vurdurdum. 2-3 il müalicə aldıqdan sonra tam sağaldım.

Müalicə aldığım zaman xeyli arıqlamışdım, rəngim belə saralmışdı. Çünki vurulan iynələr kimyəvi idi. Hətta sənət yoldaşlarımdan ikisi sarı rəngdə olan halımı görüb mənimlə qorxa-qorxa salamlaşırdılar. Çəkinirdilər ki, xəstəlik onlara keçəcək. İnanın ki, o an gözümün önündən getmir.

Hər şeyə rəğmən, həmin vaxt səsim yerində idi. Hətta toyda oxuduğum zaman qısqanclıqdan aparata müdaxilələr edirdilər. O günümdə belə ayağımı qazanlar oldu”.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.