Gənc qızın dəhşətli ölümündəki müəmma: telefonu bacısına verib, iki nəfərlə görüşə getdiyini deyib - VİDEO

Gənc qızın dəhşətli ölümündəki müəmma: telefonu bacısına verib, iki nəfərlə görüşə getdiyini deyib - VİDEO
10 Okt 2019 09:33


Beyləqanda naməlum şəxs və ya şəxslər tərəfindən qəddarcasına döyülərək yol kənarına atılan 18 yaşlı Quliyeva Aygün Mehman qızının meyiti Məhkəmə Tibbi Ekspertizası tərəfindən müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

APA TV-nin məlumatına görə Aygünün meyiti kənd sakinləri tərəfindən dəfn edilib. 

Mərhumun bacısı Gülnar Quliyevanın sözlərinə görə, bacısı döyüldüyü gecə onun yaşadığı evə gəlib və çox ləngimədən evdən çıxıb. 

Gülnar bildirib ki, Aygün həmin gün evə gələrək ona boyunbağı verib, telefondakı nömrələri silərək bir neçə şəxslə görüşəcəyini bildirib və evi tələsik tərk edib.

Faktla bağlı araşdırma aparılır.

21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.