Gənc qızın ölümü ilə bağlı təfərrüat - Çantası bir yerdən, özü başqa yerdən tapılıb

Gənc qızın ölümü ilə bağlı təfərrüat - Çantası bir yerdən, özü başqa yerdən tapılıb
10 Okt 2019 13:05


Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızının yaxınları onun ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürürlər. 

Xüsusilə A.Quliyevanın bacısı Gülnar bildirib ki, qızı ölənə qədər döyüblər. 

Ancaq hüquq-mühafizə orqanlarındakı mənbədən realpress.az-a verilən məlumata görə, A.Quliyevanın ölümü avtomobil vurma zamanı yaranan zədələrdən sonra olub. 

Qeyd edək ki, qız oktyabrın 7-də Beyləqan-Kəbirli yolundan huşsuz vəziyyətdə tapılıb. Onda qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nahiyəsinin küt travması, alın nahiyəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib. Oktyabrın 9-da A.Quliyeva vəfat edib.

Bundan əvvəl, realpress.az xəbər verib ki, faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət məcəlləsinin 263.2-ci maddəsi (ölümlə nəticələnən Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) ilə cinayət işi başlanıb.

Bununla yanaşı, hadisənin yeni təfərrüatı məlum olub. İstintaq çərçivəsində məlum olub ki, A.Quliyevanı huşsuz vəziyyətdə tapıldığı yerdən 7-8 kilometr aralıda Beyləqan-Daşburun yolunda avtomobil vurub.

Qeyd edilib ki, qızı iritutumlu avtomobil vurub, ehtimallara görə, bu, “QAZel” markalı maşın olub. İstintaqın bu qənaətə gəlməsinə səbəb qızın çənə nahiyəsindəki zədə olub. Daha sonra sürücü A.Quliyevanı maşına qoyaraq, Beyləqan-Kəbirli yoluna gətirib və kolluq əraziyə atıb. 

Hadisədən bir neçə saat sonra Beyləqan-Daşburun yolundan keçən hərbçi qadın çantası aşkarlayıb. Çantada şəxsiyyət vəsiqəsi və sındırılmış mobil telefon olub. Kişi çantanı polisə təhvil verib. Əvvəlcə hüquq-mühafizə orqanları düşünüblər ki, çanta itirilib, ancaq sonradan zərərçəkmiş şəxs aşkarlandıqdan sonra hər şey məlum olub. 

Faktla bağlı hələlik saxlanılan yoxdur. Qızı vuran avtomobil də müəyyən edilməyib. Ehtimal olunur ki, A.Quliyeva naməlum şəxslə görüşə gedirmiş. 

Ölmüş şəxsin bacısı deyib ki, A.Quliyeva həmin gecə evi tərk edərkən bir neçə şəxslə görüşməli olduğunu deyib. 

Faktla bağlı araşdırmalar davam edir. 


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.