Bu vitamin qaraciyəri öldürür

Bu vitamin qaraciyəri öldürür
10 Okt 2019 14:38

Vitaminlərin nəzarətsiz qəbulu sağlamlığa nəinki fayda vermir, hətta çox ciddi ziyan vura bilir.

Bunu tanınmış rusiyalı endokrinoloq professor Ekaterina Krivtsova Veçernaya Moskva nəşrinə müsahibəsində bildirib.

Həkimin sözlərinə görə, insanlar bir çox hallarda vitaminləri “profilaktika” üçün qəbul edirlər. Lakin bu çox böyük səhvdir.

 

Həkimin sözlərinə görə, vitamin və vitamin kompleksləri yalnız həkim təyin etməlidir. Həmçinin bundan əvvəl xəstə tam müayinə olunmalı, lazım olan analizləri verməlidir.

Krivtsova onu da qeyd edib ki, bəzən vitamin komplekslərinin tərkibində olan vitaminlərin dozaları çox cüzi olduğundan orqanizmə ümumiyyətlə heç bir təsir etmir və onları “plasebo”nun (boş həb) təsiri ilə müqayisə etmək olar. Belə ki, professorun sözlərinə görə, 1 qr qədər dozada olan C vitamininin qəbulu heç bir effekt vermir.

Digər tərəfdən böyük dozalarda qəbul olunan vitaminlər orqanizmə çox ciddi ziyan vurur. Məsələn, D vitamininin nəzarətsiz qəbulu qaraciyəri öldürür, A və E vitaminlərinin böyük dozalarda qəbulu isə onkoloji xəstəliklərin inkişafına təkan verə bilər.   

Realpress.az  Saglamolun.az-a istinadla bildirir , ümumiyyətlə müasir təbabət süni vitamin və vitamin-mineral komplekslərindən yalnız istisna hallarda istifadə etməyi tövsiyə edir. Alimlərin fikrinə görə, bütün lazım olan maddələri qidadan almaq mümkündür. Hətta bunun üçün hər hansı bahalı, delikates qidaları qəbul etmək ehtiyac yoxdur. Adi gündəlik istifadə etdiyimiz məhsullar orqanizmi bütün lazım olan maddələrlə təmin edir.

D vitamininə gəldikdə isə digər vitaminlərdən fərqli olaraq bu vitamin gün şüalarının təsirindən bizim orqanizmdə sintez oluna bilir. Bunun üçün sadəcə gün ərzində ən azı 30 dəqiqə açıq havada olmaq lazımdır. 


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.