“Azərbaycan Hava Yolları” iPhone və Android smartfonları üçün mobil əlavəni təqdim etdi

“Azərbaycan Hava Yolları” iPhone və Android smartfonları üçün mobil əlavəni təqdim etdi
11 Okt 2019 12:17

Azərbaycanın milli aviadaşıyıcısı – AZAL aviaşirkəti iOS (9.0 və daha yüksək versiyalar) və Android (5.0 və daha yüksək versiyalar) əməliyyat sistemi bazasında çalışan smartfonlar üçün öz mobil əlavəsini təqdim edib.

İstifadəçilər üçün rahat interfeysə malik mobil əlavə smartfon sahiblərinə kod-şerinq sazişi əsasında digər aviaşirkətlərlə birlikdə yerinə yetirilən uçuşlar da daxil olmaqla, bütün istiqamətlər üzrə aviabiletləri əldə etməyə imkan verəcək.

Artıq aviabilet almış sərnişinlər bronu idarə edə, əlavə baqaj ala bilər, təyyarədə yemək və oturacaq seçə, həmçinin, uçuşdan 24 saat əvvəl açılan onlayn qeydiyyatdan keçə bilərlər. iPhone istifadəçiləri minik talonunu “Apple Wallet” elektron cüzdanına əlavə edə biləcəklər.

Mobil əlavə üç dildə – Azərbaycan, rus və ingilis dillərində təqdim edilir və həmçinin, aviaşirkətin dəstək xidmətinə onlayn müraciət etməyə imkan verir. Məlumat bölməsində aviaşirkətin baqajın daşınması, tariflər və “AZAL Miles” proqramının əsas qaydaları təqdim olunub.

Qeyd edək ki, hazırda “AZAL Miles” bonus proqramının üzvləri üçün mobil əlavə də mövcuddur. İstifadəçilərin rahatlığı üçün gələcəkdə hər iki əlavənin funksionallığının birləşdirilməsi planlaşdırılır.

Pulsuz AZAL mobil əlavəsini “App Store” və “Google Play” dən yükləmək mümkündür. 

12 Mar 2020
Turizm

Bəhruz Əsgərov: “Ölkəmizin turizm baxımından kəşf edilə biləcək böyük potensialı var”

“Ölkəmizin turizm baxımından kəşf edilə biləcək böyük potensialı var. “Macəra Yaxındadır!” kampaniyasının məqsədi əhalinin ölkədaxili turizmin təklif etdiyi imkanlardan istifadə etməsinə vasitəçi olmaqdır”.

24 Fev 2020
Turizm

Ankara və İstanbuldan Bakıya bir avroya uçmaq mümkün olacaq

Ankara və İstanbuldan Bakıya bir avroya uçmaq mümkün olacaq

14 Fev 2020
Turizm

Ötən ay ərzində Azərbaycana 226 mindən artıq turist gəlib

2020-ci ilin yanvar ayında Azərbaycana dünyanın 136 ölkəsindən 226,2 min və ya 2019-cu ilin analoji dövrü ilə müqayisədə 18,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

27 Yan 2020
Turizm

Azərbaycanda turizm obyektlərinin planlaşdırılması zamanı yeni şərtlər müəyyən edilib

Azərbaycanda turizm sənayesi nümayəndələrinə turizm obyektlərinin planlaşdırılması zamanı bioloji müxtəlifliyin qorunmasıın təmin edilməsi tövsiyə olunub.